Kirpi / Tag Archives: hekayə

Tag Archives: hekayə

Yanvar, 2019

  • 31 Yanvar

    Dostlar Doktor Aybolitə kömək etdilər

    Varvara doğru deyirdi. Doktor çörәksiz qalmışdı. Üç gün idi ki, o ac idi. Onun pulu yox idi.

  • 9 Yanvar

    Ağ Dəvə – Osman və Babası

    Osman nə balacadır, nə də böyük. Onun beş yaşı vardır. O, böyük şəһərdə yaşayır və bağçaya gedir. Osman һələ bir dəfə də olsun şəһərdən һeç yana çıxmamışdır. Hətta o, babası gilə də qonaq getməmişdir. Onun babası ilə nənəsi lap uzaqlarda, uca Tən-ġan dağlarının yanındakı kolxozda yaşayırlar. Yayda onlar çayloo—yaylağa köçürlər, …

Oktyabr, 2018

  • 16 Oktyabr

    “Evə ayı gəlib” nağılı

    Rəşadla Lalənin yay günləri çox maraqlı keçirdi. Onlar həm iş görür, həm də hər gün özlərinə maraqlı bir əyləncə tapırdılar. Quşlar üçün yuva düzəldir, evlərinin yaxınlığında yerləşən balaca göldən balıq tutur, meşəyə gəzməyə gedir, vaxtlarını maraqlı keçirirdilər. Bir gün onların qonşuluğuna şəhərdən balaca, koppuş, həm də dilli-dilavər bir qız gəldi. …

  • 8 Oktyabr

    “Balaca tənqidçi” hekayəsi

    Balaca tənqidçi

    Ayan bağda çiçək seçirdi. Dərdiyi tər çiçəklərdən dəstə bağlayırdı. Yumşaq tüklü quş balası gördü. Bəyaz donlu, sarı dimdikli bu gözəl quş balası bom-boz qanadlarını gərərək çəməndə sərbəst cövlan edirdi. O başını oyan bu yana əyib, ürkək-ürkək Ayana baxdı və qanadlarını çırpa-çırpa ,cik-cik edə-edə dənlənirdi. Çəhrayı rəngli yastı ayağının qəhvəyi dırnağı …

  • 6 Oktyabr

    “Bahalı şokolad qutusu” hekayəsi

    şokolad qutusu

    Hə, əzizlərim, sizə bahalı bir şokolad qutusunun başına gələn qəribə əhva­latı danışacağam. O bayram münasibəti ilə şirniyyat fabrikində doldurulmuş ən gözəl, ən bahalı şokolad qutularından biriydi. Balaca, qəşəng bir qızın ad gününə alıb gətirmişdilər… Qonaqlar hələ dağılışmamışdılar. Ad günü keçirilən balaca, qəşəng qız gözdən oğurlanıb hədiyyələr olan otağa keçdi. Cürbəcür …

Avqust, 2018

  • 20 Avqust

    Ömərin macərası

    Salam, dostlar. Mənim adım Ömərdi. Babam isə adımı “bal balam” deyə çağırır. Doğrusu, bu, çox xoşuma gəlir. Dərslərimi əla oxuyuram. Asudə vaxtlarımı kitab oxusuyla keçirirəm. Bir də futbol oynamağı çox sevirəm. Bir az xəyalpərəstəm. Bir də görürsən, dərs vaxtı fikirlərim harasa uçuşur. Səyahət edəcəyim yerə ayaq basan kimi, müəlliməm “Ömər, …

  • 18 Avqust

    Nazimin səhvi

    Hәr adamın bir şeydәn acığı gәlәr. Nazimin koramal vә qurbağalardan acığı gәldiyi vә zәһlәsi getdiyi kimi, dünyada һeç bir şeydәn acığı gәlmir vә zәһlәsi getmirdi. Nazim, yay girib һavalar qızanda ala-bәzәk çomağını әlinә alıb, papağını gözünün üstünә basaraq, şad bir һalda oxuya-oxuya zәmilәrdәn, bağçalardan, bağlardan bәnövşә, novruzgülü yığar vә һarda …

  • 10 Avqust

    Aybolit və meymun Çiçi

    Bir dәfә axşam, bütün һeyvanlar yatmışkәn doktorun qapısı döyüldü. —Kimdir?—deyә doktor soruşdu. —Mәnәm,—deyәn asta bir sәs eşidildi. Doktor qapını açdı, otağa çirkli, çox arıq bir meymun girdi. Doktor onu divana әylәşdirib soruşdu: —Haran ağrıyır? —Boynum,—deyә meymun ağladı. Bu zaman doktor onun boynunda uzun bir ip olduğunu gördü. —Mәn zalım arğançalanın …

  • 10 Avqust

    Aybolit və onun heyvanları

    Biri var idi, biri yox idi, bir doktor var idi. O mәrһәmәtli bir adam idi. Adı Aybolit idi. Onun Varvara adlı kinli bir bacısı var idi. Doktor dünyada һәr şeydәn çox һeyvanları sevәrdi. Onun otağında dovşanlar yaşayırdılar. Şkafında isә dәlә yatırdı. Tikanlı kirpi divanda, ağ siçanlar isә sandıqda yerlәşmişdilәr. Doktor …

  • 8 Avqust

    “Sən Laləyə oxşama” hekayəsi

    SƏN LALƏYƏ OXŞAMA

    Gülzar uzaqda, dәnizkәnarı parkda sayrışan işıqları göstәrib dedi: —Nәdәn qorxursan, ay qız? Gecәdәn qorxursan Pәncәrәyә baxma.

error: Content is protected !!