Xortum Hamam

Şır! Şor!
Can, ay can!..
İşə bax, işə
Həm döş-döşə
Həm diş-dişə
Çimişirlər:
Lalə!
Nərgiz!
Bənövşə!

Şır! Şor!
Can, ay can!..
Di dur! Di otur!
Nə fildilər, nə qaban.
Bu necə çimməkmiş?
Di tullan! Di hoppan!

Şir! Şor!
Can, ay can!..
Boyhaboy yaşıl xalı,
Dur yanyana, ya daldalı!
Amma filin var sualı:
Paltarım təzə,
Xortumum sulu,
Kim yıgar hamampulu?

Xortum Hamam

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!