Ən uzun Ən iri Ən xırda

ƏN UZUN KÖK- Cənubi Afrika fikusuna məxsus olub. Onun uzunluğu 120 m-ə çatmışdır.

ƏN İRİ BİTKİ – ABŞ-ın Kaliforniya ştatında bitə General Şerman adlı nəhəngsekvoyadır. Onun hündürlüyü 83 m, gövdəsinin əhatəsi isə 24.1 m-ə çatmışdır. Onun oduncağı 5 milyard kibrit dənəsi və ya 40 birmərtəbəli ev tikmək üçün kifayət edərmiş.

ƏN XIRDA ÇİÇƏKLİ BİTKİ – volffia arrxiza ryaskadır. Onun yarpaqlarının ölçüləri 0.65-1.2 mm-dir. Sizin dırnağınızın üstündə 25 belə yarpaq yerləşdirmək olar.

ƏN UZUNÖMÜRLÜ BİTKİ – Antarktida şibyəsi hesab olunur. Onun yaşı hesablamalara görə, 10 min ildən çoxdur. Alyaskanın bəzi şibyələri 9.000 il yaşayır. 100 il ərzində o, cəmi 3,4 mm boy artır.

ƏN NADİR ÇİÇƏK AÇAN BİTKİ – And dağlarında bitən Puyya raymondi bitkisi 150 yaşına çatmamış çiçək açmır. Maraqlı burasındadır ki, çiçək açdıqdan sonra bu bitki məhv olur.

ƏN DÖZÜMLÜ TOXUM – Kanadanın donuşluq torpaqlarında tapılmış arktika acı paxlasıdır. 10-15 min il donuşluq torpaglarda qalmasına baxmayaraq, bu toxum həm cücərmiş, həm də çiçək acmış.

ƏN İRİ SU BİTKİSİ – Amazonkanın nəhəng su zanbağı Viktoriya iri su bitkilərinin şahı sayılır. Onun 2 m diametrli yarpaqları hətta uşağı belə üstündə saxlıya bilir.

ƏN BOYÜK QIZILGÜL – Ağacı Ab.-ın Arizona ştatındakı qızılgül agacının hündürlüyü 2,74 m,gövdəsinin yoğunluğu 101 sm-ə çatır. 499 kv.m. – lik sahəni tutan, 68 dayağı olan bu ağacın çətirinin altında 150 adam gizlənə bilər.

İnsanın yetişdirdiyi  ən iri  MEYVƏ və TƏRƏVƏZ.

Ağ kələm- 51.8 kq

Gül kələmi – 23.9 kq

Pomidor – 1.9 kq

Balqabaq – 171.4 kq

Limon – 2.65 kq

Ananas – 7.5 kq

Yemiş – 40.8 kq