“Üç qarpız toxumu” nağılı

Biri varmış, biri yoxmuş, bir kasıb kəndli varmış.

Onun bir parça torpağı varmış.

Gecə-gündüz dinclik bilmədən kəndli bu torpaqda çalışarmış.

Günlərin bir günü, bahar gələndə kəndli torpağı şumlamağa başladı. Baxıb gördü göydə ağ leylək uçur.

Leylək şumlanmış tor- pağa yaxınlaşdı, qıy vurdu və daş kimi tor- pağa düşdü. Kəndli qaçaraq ona yaxınlaşdı.

Gördü ki, leyləyin bir qanadı qırılıb. Leyləyi qaldırıb ehtiyyatla evə apardı.

– Belə yaxşı quşu xilas etmək lazımdır, – deyə düşündü.

Evdə kəndli leyləyin yaralı qanadına baxdı və onu sağaltmağa başladı. O, xəstə quşa çox qulluq etdi.

Nəhayət, leylək sağal- dı və uçub getdi.

Kəndli quşun dalınca baxdı və dedi:

– Qoy bu quş heç dərd-bəla görmədən çox yaşasın!

Növbəti ildə, yazda kəndli şumlamanı qurtarıb zəmiyə əkinə çıxdı.

Birdən onun sağaltdığı leylək uçub gəldi və torpağa üç qarpız toxumu atdı.

Kəndli qarpız toxumlarını götürüb torpağa basdırdı.

Bir neçə gündən sonra qarpız toxumları cücərdi, yarpaqları əmələ gəldi, zoğları uzandı, nəhəng gülləri açıldı.

Yoxsul var qüvvəsi ilə çalışırdı, vaxtlı-vaxtında onların dibini yumşaldır və suvarırdı.

Beləliklə, məhsulun yığım vaxtı gəldi. Qarpızlar yetişdi, onlar elə böyük idilər ki, belələrini o yerlərdə hələ heç kim görməmişdi. Yoxsul üç qarpız dərdi və evə gətirdi.

– Yox, belə qarpızları tək yemək olmaz! – deyə fikirləşdi.

O özü kimi kasıb olan bütün qohumlarını və dostlarını evə qonaq çağırdı.

Nəhayət, dostlar və qohumlar yığışdılar. Qeyri-adi qarpızlara baxıb təəccübləndilər.

Ev sahibi qarpızı götürüb kəsmək istədi, amma nə illah etdisə, bıçaq qarpıza girmədi.

Onda ikinci qarpızı kəsməyə çalışdı, yenə də bacarmadı. Üçüncü qarpızla da eyni hadisə baş verdi.

Ev sahibi də, qonaqlar da çox təəccübləndilər. Nəhayət, o, var gücü ilə bıçağı qarpıza batırdı.

Qarpız partladı, içindən isə lət və toxum əvəzinə qızıl pullar çıxdı. Onlar cingiltı ilə yerə səpələndilər.

O biri iki qarpızda da qızıl var idi.

Yoxsul kəndli çox sevindi, bütün qızılları silkələyib çıxardı və qonaqlarına payladı.

Qonaqlar razı və sevincək halda evlərinə döndülər. Üç qarpız zoğunun hər birində on qarpız bitmişdi.

Yoxsul o biri qarpızları da yığdı, onların içindəki qızılları topladı və o vaxtdan bəri bolluq içində yaşamağa başladı.

"Üç qarpız toxumu" nağılı

Sizə kimdən deyim, kimdən danışım, qonşuluqda yaşayan varlıdan. Varlı gördü ki, yoxsul qonşusu varlanıb, onun yanına gəlib səbəbini öyrənmək istədi və soruşdu:

– De görüm, necə oldu ki, varlandın? Bunu necə bacardın?

Yoxsul ona hər şeyi olduğu kimi danışdı. «Kaş mənim də bu qədər qızılım olardı!» – deyə varlı fikirləşdi və zəmiyə gedib leyləyi axtarmağa başladı.

"Üç qarpız toxumu" nağılı

Ağ leylək aramla zəmidə gəzişirdi. Varlı yavaşca ona tərəf yaxınlaşdı, məqam tapıb ağacla leyləyin ayağına vurdu.

Leylək qışqıraraq torpağa düşdü. Varlı tez ona tərəf qaçdı, götürüb evə apardı.

O, leyləyin ayağını sarıdı və sağaltmağa başladı. Bir neçə gündən sonra leylək sağaldı və uçub getdi.

Yazda varlı zəmiyə çıxıb səbirsizliklə ağ leyləyin uçub gəlməsini və ona sehrli qarpız toxumlarını gətirməsini gözləməyə başladı.

Bu minvalla o, hər gün zəmiyə çıxır, başını qaldırıb göyə baxırdı, görsün leyləklər uçub gəlməyiblər ki?

Amma leylək görünmürdü…

Tamahkar varlı bütün iş-gücünü unutmuşdu. O, bütün günü, sübh tezdən ta gün batana qədər zəmidə dolaşır, leyləyin yolunu gözləyir və onu belə çox gözlətdiyinə görə danlayırdı.

Nəhayət, leylək uçub gəldi və varlının zəmisinə üç qarpız toxumu atdı.

Varlı acgözlükdən tir-tir əsirdi. O, toxumları qapdı və dərhal torpağa basdırdı.

Tezliklə toxumlar cücərməyə başladı, iri yarpaqlar əmələ gəldi, torpaqda yaşıl zoğlar uzandı, güllər açdı.

Sonra nəhəng qarpızlar yetişdi.

"Üç qarpız toxumu" nağılı

Qarpızlar yetişən kimi varlı bütün yaxınlarını evinə qonaq çağırdı. Özü kimi varlı olan bütün doğmaları və dostları onun evinə yığışdı. Qarpıza bıçaq vuran kimi partladı və içindən bir dəstə eşşəkarısı çıxdı.

"Üç qarpız toxumu" nağılı

Eşşəkarıları qoz böyüklüyündə idilər. Onlar vızıldamağa, tamahkar varlını və onun yaxınlarını sancmağa başladılar.

Hamının üz-gözü, dodaqları şişdi, öz aralarında dalaşaraq hərə bir tərəfə dağıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir