Mənim əziz Xalam

Biri var idi, biri yox idi.

Kəmalə xala adında bir xala var idi.

O, hər gün durmadan işləyirdi. O, həm də çox mehriban idi.

O, həmişə arzulayırdı ki, onun öz evi olsun. O, öz anasının evində qalırdı.

Bir gün Pəri onu görüb, ona kömək etmək istədi və onun yanına getdi.

Kəmalə xala Pərini görüb təəccübləndi. Pəri ondan soruşdu:

-Sən nə istəyirsən?

Kəmalə xala dedi:

-Mən öz evimin olmasını istəyirəm.

Pəri sehr eləyib ona bir qəşəng ev yaratdı.

Kəmalə xala sevindi və Pəriyə təşəkkür etdi.

Bir neçə gün keçdi. Kəmalə xala qərar verdi ki, öz evinin həyətinə gül əksin.

O, gülün toxumunu atanda Pəri yenə ortaya çıxdı.

Əslində o Pəri, ancaq mehriban insanlara kömək edirdi.

Pəri Kəmalə xalanın çox işlədiyini görüb ona dedi:

-İstəyirsənsə sənə çoxlu köməkçi yarada bilərəm.

Kəmalə xala dedi ki, hə istəyirəm.

Pəri çoxlu köməkçi yaratdı.

Bir gün onun bacısı oğlu Kəmalə xalanın yanına qonaq gəldi.

O, xalasına sürpriz hazırlamışdı.

O, xalasına hekayə yazmışdı, adı da “ MƏNİM ƏZİZ XALAM” idi.


Müəllif: Yusif Cəbili Zaur oğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir