İki qardaş, bir bacı: Faiq, Çingiz və Zəhra. Mübahisə etdilər Alma yeyəndən sonra. Faiq dedi ki: “Alma Ağacdan dərilibdir”. Çingiz dedi: “Ananın Zənbilində gəlibdir”. Kiçikdir hələ Zəhra Di, gəl onu inandır. Qardaşlar nə dedisə, Zəhra dedi: “Yalandır! Almanı mən həmişə Süfrəmizdə görmüşəm”.
Ətraflı oxu »Şeirlər
Körpə
Vüqar hələ Lap körpədir. Nə bilsin ki, Qardaş nədir. İlqar evdə Darıxır tək, Deyir: “Qardaş, Dur, bir gəzək”. Vüqar durmur. İlqar hərdən Evcik qurur… Deyir: “Qardaş, Gəl, sən də qur”. Vüqar gəlmir.
Ətraflı oxu »Ümidin bir yaşı var
Ümidin bir yaşı var Evdə nə var dağıdır. Əlindən bir şey alsan Tez qışqırıb-bağırır.
Ətraflı oxu »Zəhra bala
Təzə-təzə yeriyirdin, Danışırdın şirin-şirin. Ana, nənə qucağıydı, Zəhra bala, sənin yerin.
Ətraflı oxu »Güllərim
Bağçada gül əkmişəm, Zəhmətini çəkmişəm, Alın təri tökmüşəm, Açın, açın güllərim! Ətir saçın güllərim!
Ətraflı oxu »“Ayaqqabı adası”
Burda çoxlu çeşid var Götürürdüm, baxırdım. Zəhraya mağazadan Ayaqqabı alırdım. Zəhra dedi: “Ay aman, Biz gəlmişik uzaya! ” “Ayaqqabı adası” Söylədi mağazaya.
Ətraflı oxu »Çiçəyin çətiri
Yağış yağır səhərdən Hələ külək də əsir. Əlindəki çətirlə Çiçək yaman tələsir. Məktəb harada qaldı? Buludlara uçur o. Gedə bilmir, çətirin Arxasınca qaçır o.
Ətraflı oxu »Qumru
Ağappaq qar içində Atılıb-düşdü Qumru. Qartopular düzəltdi Balaca, yumru-yumru. Sonra qardaşı ilə Qardan adam düzəltdi. Buz kimi əllərini Anasından gizlətdi.
Ətraflı oxu »Yusif
Gənc şairə: Mələk Cəbrayılzadə
Ətraflı oxu »Son zəng
Gənc şairə: Mələk Cəbrayılzadə
Ətraflı oxu »