Yusif

Soyuq idi, qaranlıq idi
Xilasımdan xəbərsizdim, ata
Çox qorxurdum.

Özgələri yox, yaxınlarım atdı məni,
Əzizlərim. Heç mərhəmət etmədilər.
Qıydılar balaca canıma.
Vicdan əzabı çəkmədilər.

Bilirsən,
Həsədlə, paxıllıqla, nifrətlə dolu idi
bədbəxt insanların gözləri.
Üzümün təbəssümünü,
Qəlbimin mərhəmətini əskik etmədim.
Surətimin nuru açdı qapılarımı.

Əllərinə aldığın qanlı köynəyim
Ölümümə inandırmasın.
Qovuşmaq üçün bu qədər uzaq olmalıydıq, ata
Böyük məsafələr dolaşmalıydı aramızda.

Mən təkcə bizə yox, hamıya –
insanlara, bəşəriyyətə dua edirəm.
Hər gecə gözlərimi bağlamazdan öncə yalvarıram.
İnsan qanına bulaşan əllərə, ölümə öyrənən gözlərə,
müharibələrə, terorlara, qətliamlara
Dur, deyirəm.

Demə peyğəmbər olmaq üçün
Sadəcə mərhəmətli, vicdanlı, insan olmaq lazım idi.
Taleyimin bu yükü də var idi, ata.
Bəlkə də şikayətimiz çəpər çəkdi aramıza.

Yadına düşürəmmi?
Xatırlayırsanmı?
Hər səhər, hər gecə adımı çağırırsanmı?

Övladlarının arasında axtar qoxumu.
Qəlbində yer saxla mənə.
Uzaqdan – gözümdəki eynəyimdən tanıyacaqsan məni.

Bəlkə də görüşəcəyimiz gün
On bir ulduz, Ay, Günəş səcdəmizə gələcək bizim.
Yuxularımda gördüyüm kimi, ata.

Gənc şairə: Mələk Cəbrayılzadə

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

error: Content is protected !!