Ana-sığırçın çox narahat idi. O, balasının üstündə uçub bərkdən cikkildəyirdi və bilmirdi necə kömək etsin.
O anda yoldan keçən bir qız balanı götürdü və taxta bir qutuya qoydu. Sonra qutunu ağaca yerləşdirdi.
Ana-sığırçın hər gün balasına yemək gətirib onu yedizdirirdi. Bala tezliklə sağalmağa başladı, şən-şən cikkildəyir və bərkimiş qanadlarını tərpədirdi.
Bir gün qoca pişik balanı yemək istədi. O, sakitcə ağaca dırmaşdı və qutunun yanında pusuya yatdı. Amma bu vaxt Bala-sığırçın qanad açıb uçdu və qorxmadan pişiyin qarşısında pərvazlandı. Pişik üstünə tullandı, lakin bala cəld yuxarı qalxdı. Pişik isə boşa çıxıb quppultu ilə yerə yıxıldı.
Qısa zamanda Bala-sığırçın tam sağaldı və Ana-sığırçın onu öz doğma yuvasına apardı.
Uşaqların Nağıl Aləmi Uşaqlar üçün nağıllar, hekayələr, şeirlər və təmsillər