Balaca dovşan və Yusif

Biri var idi, biri yox idi. Bir meşədə bir dovşan var idi. Bir gün dovşan meşədə gəzəndə bir oğlana rast gəldi.

Həmin oğlan dovşanı əlinə götürüb deyir:

— Bu nə qəşəng dovşandır…

— Ay oğlan, olar məni buraxasan?

Oğlan qorxub dovşanı buraxır. Dovşan dedi:

— Ay oğlan, məndən qorxma. Mən insan dili bilən dovşanam.

— Yaxşı ay dovşan gəl dost olaq. Mənim adım Yusifdir, bəs sənin adın nədir?

— Mənim adım Balaca dovşandır. Beləcə Yusif və dovşan belə tanış oldular. Bir gün Yusif dostuna dedi:

— Dostum gəl gedək meşəni gəzək. Həm də sən məni dostlarınla tanış edərsən.

— Yaxşı gəl gedək.

Balaca dovşan əvvəlcə Yusifi bir mağaraya apardı və dedi:

— Sən məni burada gözlə. Balaca dovşan yanında bir ayı ilə çıxdı. Yusif ayını görən kimi tez qaçıb bir ağaca dırmaşdı.

Balaca dovşan Yusifin yanına gedib dedi:

— Yusif bu ayıdan qorxma, bu ayı heç kimə zərər vermir. Yusif aşağı enib ayı ilə də dostlaşdı.

Balaca dovşan Yusifi hansı heyvanla tanış etsə Yusif qorxub ağaca dırmaşırdı.

Balaca dovşan Yusifi dağa apardı və dedi:

— Mən bir az yoruldum. Burada oturacağam. Yusif dağı gəzəndə bir dağ keçisinə rast gəldi.

Yusif ondan qorxub arxaya getməyə başladı. Yusifin ayağı birdən sürüşdü, amma o yıxılmadı, uçurumdakı ağaclarln birindən tutundu və Balaca dovşan deyə qışqırdı.

Balaca dovşan tez onun köməyinə çatdı.

Yusif dedi:

— Əziz dostum mən başa düşdüm ki, heyvanlardan qorxmaq lazım deyil. Yusif bundan sonra heyvanlardan qorxmadı və onlarla
dost oldu.

Müəllif: Yusif Cəbili Zaur oğlu

Добавить комментарий

Ваш адрес email не будет опубликован.

error: Content is protected !!