Kirpi / Hekayələr / Baxçada

Baxçada

Aydan birinci dəfə bağçaya gedirdi.

Anası Aydanın müəlliməsi ilə tanış oldu.

Aydan da bağçada özünə dostlar tapdı.

Anası dedi:
Aydan evə gedirik. Sabah gəlib oynayarsan.

Aydan və anası səhər bağçaya gəldilər. Aydan bağçada dostlarını gördü. Aydan dostları ilə oynadı.

Aydan müəlliməsinə hədiyyə vermək istədi. Aydan düşündü ki, müəlliməsinə nə versin.

Sonra isə ağlına gəldi ki, müəlliməsinə gül düzəldib versin.

Aydan dostlarına dedi:
-Dostlar mən müəlliməyə kağızdan gül düzəltmək istəyirəm. Mənə kömək edərsiz?

Dostlar dedi:
-Yaxşı kömək edərik.

Aydan sevindi. Onlar gülü düzəldib müəlliməyə verdilər.

Müəllimə sevindi və dedi:
-Sabah bütün bağça uşaqlarına hədiyyə verəcəm.

Müəllimə uşaqlara diplom düzəltdi. Uşaqlar bağçaya gələndə müəllimə hamının diplomunu verdi.

Uşaqlar sevindilər.


Müəllif: Yusif Cəbili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

error: Content is protected !!