Tag Arxivləri: uşaqlar

Kirpi və Danışan Balqabaq

Bir gün Kirpi meşədə gəzərkən qəribə bir səs eşitdi: — Hey, balaca dostum, hara gedirsən? Kirpi ətrafa baxdı və böyük, narıncı bir balqabağın ona baxdığını gördü. — Salam! Sən danışırsan? — təəccübləndi Kirpi. — Əlbəttə! Mən Balqabağam, payızın ən faydalı hədiyyələrindən biriyəm! — Bəs sən nə üçün faydalısan? — maraqlandı …

Ətraflı oxu »

Kirpi və Banan

Bir gün Kirpi meşədə gəzirdi və kötüyün üstündə sarı, bir az əyri meyvə gördü. O, elə günəş kimi parlayırdı ki, Kirpi yanından sakitcə keçə bilmədi. — Salam! Sən kimsən? — deyə soruşdu Kirpi. — Salam, Kirpi! Mən Bananam! — meyvə cavab verdi. — Sən çox parlaq və gözəlsən! Bəs sən …

Ətraflı oxu »

“Noxud üstündə yatan şahzadə qız” nağılı

"Noxud üstündə yatan şahzadə qız" nağılı

Biri var idi, biri yox idi, bir şahzadə oğlan var idi. O, əsl şahzadə qız ilə evlənmək istəyirdi. Şahzadə oğlan özünə adaxlı tapmaq üçün bütün dünyanı gəzib-dolaşdı, çox axtardı, amma istədiyini tapa bilmədi. Bir dəfə axşama yaxın hava dəyişdi: göy guruldadı, ildırım çaxdı, bərk yağış yağmağa başladı. Birdən kimsə sarayın …

Ətraflı oxu »

“Qəribə bulağ” nağılı

Biri var idi, biri yox idi, bir qoca ilə bir qarı var idi. Qocanın adı Şirin, qarının adı isə Pəri idi. Şirin һər gün meşəyə oduna gedərdi, Pəri qarı da evdə һəyət-bacaya baxardı. Günləri-güzəranları belə keçərdi. Yaman-yaxşı birtəһər dolanırdılar. Kimsədən minnət götürməzdilər. Ancaq bir şey onları kədərləndirirdi. Bu da övladlarının …

Ətraflı oxu »

“Sehirli kol” nağılı

Biri var idi, biri yox idi, qədim zamanlarda yoxsul bir kəndli var idi. Kəndli ömrü boyu pay torpaqda taxıl əkib-becərərdi. Külfətini bir qarın ac, bir qarın tox dolandırardı. Bir yaz səһəri kəndli adəti üzrə əkin yerinə gəldi. Pay yerini şumladı, toxa ilə torpağını yumşaltdı, irilərini əli ilə ovdu, gətirdiyi bir …

Ətraflı oxu »

“Evə ayı gəlib” nağılı

Rəşadla Lalənin yay günləri çox maraqlı keçirdi. Onlar həm iş görür, həm də hər gün özlərinə maraqlı bir əyləncə tapırdılar. Quşlar üçün yuva düzəldir, evlərinin yaxınlığında yerləşən balaca göldən balıq tutur, meşəyə gəzməyə gedir, vaxtlarını maraqlı keçirirdilər. Bir gün onların qonşuluğuna şəhərdən balaca, koppuş, həm də dilli-dilavər bir qız gəldi. …

Ətraflı oxu »

“Dayə Tülkü” nağılı

Bir gün ayı öz balaları üçün dayə axtarmağa getdi. Meşədə az dolaşdı, çox dolaşdı, canavara rast gəldi. – Babacan, yolun haradır? – deyə canavar soruşdu. – Balalarıma dayə axtarmağa gedirəm, – deyə ayı donquldadı. – Məni dayə götür, – canavar mırıldadı. – Sən oxuya bilirsən? – deyə ayı maraqlandı. – …

Ətraflı oxu »

Çəkməli Pişik

Biri vardı, biri yoxdu, bir dəyirmançı vardı. Bunun üç oğlu vardı. Dəyirmançı öləndə, var-yoxunu – dəyirmanı, eşşəyini, bir də pişiyini oğlanlarına qoyub getdi. Qardaşlar atalarından qalan mirası о saat bölüşdürdülər. Böyük qardaş dəyirmanı götürdü, ortancıl qardaş eşşəyi. Kiçik qardaşa pişik çatdı. Kiçik qardaşın qanı yaman qaraldı. Axı ona düşən miras …

Ətraflı oxu »

Bir damla su

Bapbalaca damla buludların arasından yerə boylandı: – Ay aman, bu nə gözəllikdir?! – Bu gözəlliyi də sənin kimi damlalar yaradıblar! – Bulud gülümsündü. – Siz olmasaydınız, hər yan qupquru quruyar, Yer üzündə bir canlı belə qalmazdı. – Bəs okeanlar, dənizlər, çaylar, göllər? – Onlar da damlalardan ibarətdir, balaca! Bəs eşitməmisən …

Ətraflı oxu »