Tap tapmaca. 5-ci buraxılış

Bir kişinin dörd evi var,
Biri yaşıldı, o biri al,
Biri sarıdı, o biri ağ.

Acmasi

Fəsillər

 

Bir palazım var, çırpa bilmirəm,
Naxışı xırdadı, saya bilmirəm.

Acmasi

Ulduzlu səma

 

Bir sinidə iki toyuq –
Biri isti, biri soyuq.

Acmasi

Günəz və Ay

 

Bir tabaq almaz,
Sabaha qalmaz.

Acmasi

Ulduz

 

Biri deyir, gəl gedək,
Biri deyir, getmiyək,
Biri başnı buluyur.

Acmasi

Su  Daş  Ot

 

Biri gedər, gəlməz,
Biri yatar, durmaz.

Acmasi

Tüstü, Kül

 

Bulud-bulud içində,
Ay da bulud içində,
Göydən yerə od yağdı,
Biz də yandıq içində.

Acmasi

Günəş

 

Burdan vurar qılıncı,
Bağdadda oynar ucu.

Acmasi

Ay

 

Buxarı, ha buxan,
Buxarıdan yuxarı,
Ordan bir oğlan çıxdı,
Çiyni qara çuxalı.

Acmasi

Tüsti

 

Qəndə bənzər dadı yox,
Göydə gəzər, qanadı yox.

Acmasi

Qar