Tag Arxivləri: tülkü

Dana, Keçi və Qoyunun Macərası

Biri vardı, biri yoxdu. Bir dana, bir keçi və bir qoyun yoldaş olub yola düşdülər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər ki, burada bir əyri söyüd ağacı var. Keçi dırmaşdı ağacın lap başına çıxdı. Qoyun da gücünü toplayıb bir qanadında durdu. Dana isə digər qanadın üstündə özünü sərtdi. Bu anda …

Ətraflı oxu »

Xırdabuynuz və Onun Ev Axtarışı

Kiçik bir evdə bir böcək yaşayırdı və adı Xırdabuynuz idi. Bu evi çox gözəl adlandırmaq olmazdı, çünki çatlamış köhnə bir kötük idi. Ancaq o qədər doğma, rahat və hər tərəfində yumşaq yosun vardı ki, Xırdabuynuz onu çox sevirdi. Xırdabuynuz valideynlərinin xeyirxah və itaətkar bir oğlu idi və heç vaxt evdən …

Ətraflı oxu »

“Tülkü, tülkü, tünbəki” nağılı

Biri var idi, biri yox idi, bir tülkü var idi. Günlərin birində tülkü baba quyruğunu belinə qoyub çöldə gəzirdi ki, quşdan, cəmdəkdən bir şey tapıb yesin. Çox gəzdi, çox dolandı, axırda gəlib çıxdı bir quyunun başına. Boynunu uzadıb əyildi, quyuya baxdı. Gördü quyunun dibində bir parça ağappaq quyruq var. Tülkü …

Ətraflı oxu »

“Dayə Tülkü” nağılı

Bir gün ayı öz balaları üçün dayə axtarmağa getdi. Meşədə az dolaşdı, çox dolaşdı, canavara rast gəldi. – Babacan, yolun haradır? – deyə canavar soruşdu. – Balalarıma dayə axtarmağa gedirəm, – deyə ayı donquldadı. – Məni dayə götür, – canavar mırıldadı. – Sən oxuya bilirsən? – deyə ayı maraqlandı. – …

Ətraflı oxu »

Sağsağan, Tülkü və Çəyirtkə

Biri vardı, biri yoxdu, ölkələrin birində ətrafı dik yamaclı uca dağlarla əhatə olunmuş, dümağ sahili olan bir süd gölü vardı. Bu gölün sahilində böyük bir ağac var idi. Ağacın başında beli ağ bir sağsağan yuva qurmuşdu.

Ətraflı oxu »

Mən anamın şip-şirin…

Mən anamın şip-şirin… Balaca pişiyiyəm. Dovşanı, kirpisiyəm. Körpəcə tülküsüyəm. Sapsarı cücəsiyəm Şələquyruq dələsiyəm. Anamçün qızıl balıq, Xırda, toppuş ayıcıq Dəcəl, şıltaq Toplanam Gülüyəm, quzusuyam. Başının bəlasıyam Bəs nə vaxt balasıyam?

Ətraflı oxu »

Tülkü və göy qurşağı

dropcap]Böyük, sirli meşədə bir balaca tülkü  yaşayırdı. Əlbəttə, o, otlu düzənlikdə qaçırdı,  şən mahnılar oxuyurdu, buludları  izləyirdi  və ən çox öz dostları ilə gizlənqaç oynamağı sevirdi. Günlərin birində balaca tülkünün başına  maraqlı əhvalat gəldi. Bir dəfə meşədə güclü yağış yağdı.  Göy guruldadı, boz və tutqun havada dayanmadan bütün günü yağış …

Ətraflı oxu »