Tag Arxivləri: nağıl

GÜNƏŞİN NAĞILI

günəş

Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri – adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər: – Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx …

Ətraflı oxu »

“Tülkü, tülkü, tünbəki” nağılı

Biri var idi, biri yox idi, bir tülkü var idi. Günlərin birində tülkü baba quyruğunu belinə qoyub çöldə gəzirdi ki, quşdan, cəmdəkdən bir şey tapıb yesin. Çox gəzdi, çox dolandı, axırda gəlib çıxdı bir quyunun başına. Boynunu uzadıb əyildi, quyuya baxdı. Gördü quyunun dibində bir parça ağappaq quyruq var. Tülkü …

Ətraflı oxu »

Vəhşi Qu Quşları

Çox qədim zamanlarda uzaq bir ölkədə qoca kral yaşayırdı. Bu həmin ölkələrdən idi ki, payızda quşlar bizdən ayrılıb ora uçurlar.

Ətraflı oxu »

“Yarasa” nağılı

Biri var idi, biri yox idi, bir qoca var idi. Bu qocanın adına Maһir Baba deyərdilər. Maһir baba Xalxal meşəsində gözətçilik edərdi. Maһir babanın Düyməgöz adlı oğlan nəvəsi var idi. Bu adı nəvəyə baba özü qoymuşdu. Düyməgözü Maһir baba çox istəyirdi. Odur ki, onu özü ilə tez-tez gözətçi olduğu meşəyə …

Ətraflı oxu »

Ağ quşun nağılı

Ağ quşun nağılı

Biri vardı, biri yoxdu, bir padşah vardı. Bütün padşahlardan fərqli olaraq, bu padşah olduqca adil və ağıllı padşah idi. Hamı onu çox sevirdi, bircə vəzirdən başqa. Vəzir gecə-gündüz yatmayıb onu necə öldürmək, yerinə necə keçmək barədə düşünürdü. Günlərin bir günündə o əlaltıları ilə birlikdə padşaha qəsd elədi və onun yerinə …

Ətraflı oxu »

“Kirpi və Tülku” nağılı

Biri vardı, biri yoxdu. Bir dənə ağıllı kirpi ilə hiyləgər bir tülkü var idi. Kirpi ilə tülkü bir-birilərilə dost idilər və uzun illərdi birlikdə yaşayırdılar. Onlar hər gün Kösə Akayın hininə girib, onun bir toyuğunu oğurlayıb qarınlarını doyururdular. Günlərin bir günü Kösə Akay onlara tələ qurdu. Hinin qarşısına dərin bir …

Ətraflı oxu »

“Qarı və Buzov” nağılı

Qarı və Buzov

Biri varmış, biri yoxmuş, bir qarı nənə varmış. Bu qarı nənənin ceyran gözlü, maral duruşlu, quyruğu saçaqlı, alnı qaşqa bir buzovu varmış. Günlərin bir günündə, şaxtalı bir qış günündə qarı nənə buzovunu suvarmağa apardı. Buzov buzun üstünə çıxan kimi ayağı sürüşdü, yerə yıxıldı. Qarı nənə ha çalışdı, ha əlləşdi axır …

Ətraflı oxu »

“Noxud üstündə yatan şahzadə qız” nağılı

"Noxud üstündə yatan şahzadə qız" nağılı

Biri var idi, biri yox idi, bir şahzadə oğlan var idi. O, əsl şahzadə qız ilə evlənmək istəyirdi. Şahzadə oğlan özünə adaxlı tapmaq üçün bütün dünyanı gəzib-dolaşdı, çox axtardı, amma istədiyini tapa bilmədi. Bir dəfə axşama yaxın hava dəyişdi: göy guruldadı, ildırım çaxdı, bərk yağış yağmağa başladı. Birdən kimsə sarayın …

Ətraflı oxu »

“Yarış” nağılı

"Yarış" nağılı

Biri var idi, biri yox idi, bir padşaһ var idi. Bu padşaһ һər il öz məmləkətində çoxlu yarış keçirərdi. Saray əyanları, vəzir-vəkillər yarışa baxıb əylənərdilər. Padşaһın Yelli adında bir kəһər atı var idi. Hər dəfə yarış qabağı padşaһ iştirakçılara deyərdi: — Hər kim bu yarışda qalib gəlsə, mən sevimli Yellimi …

Ətraflı oxu »

“Dövlətli ilə Kasıb” nağılı

Dövlətli ilə Kasıb

Biri var idi, biri yox idi, bir kasıb, bir də bir dövlətli var idi. Kasıb ağıllı, dövlətli isə səfeһ idi. Günlərin bir günü ağılsız dövlətli ağıllı kasıbla mübaһisə etdi. Dövlətli dedi: — Varı olan bütün bəlalardan canını qurtarar. — Ağlın olmasa, dövlətlə һeç nə edə bilməzsən, —deyə kasıb cavab verdi. …

Ətraflı oxu »