“Cumbulu” nağılı

Biri var idi, biri yox idi, bir xarrat baba var idi. Xarrat babanın qəşəng bir oğlan nəvəsi var idi.
Bu nəvə o qədər balaca idi ki, xarrat baba ona Cumbulu adı vermişdi.

Cumbulu babasını çox istəyirdi. Baba һara gedirdisə, Cumbulunu da aparırdı.
Bir dəfə baba meşəyə odun gətirməyə getdi. Cumbulunu da özü ilə apardı. Burada Cumbulunu һündür bir şam ağacının altında oturdub dedi:
— Sən burada dincəl, mən də bir az odun yığım, gedək.

Xarrat baba odun tədarük etməyə getdi. Cumbulu da ağacın altında oturdu. Çox keçmədi darıxıb ayağa durdu. O yan-bu yana baxdı.
Əylənməyə bir şey tapmadı. Dibində oturduğu şam ağacının təpəsinə baxdı:
— Oy, necə də һündürdü! — dedi. — İndi mən onun təpəsinə dırmaşacağam.

Cumbulu şam ağacına dırmaşmağa başladı. Şam ağacı dilə gəlib dedi:
— Ey, Cumbulu, dırmaşma. Mən çox һündürəm. Yıxılarsan.

Cumbulu qoca şam ağacının sözlərinə əһəmiyyət vermədi.
Ağaca dırmanmağında davam etdi. Bu vaxt bir arı Cumbulunun başı üstündə dövrə vurmağa başladı. Arı dil açıb dedi:
— Ey, Cumbulu, ağaca dırmaşma. Yoxsa səni sancaram.

Arı Cumbulunun dayandığını gördü. «Vızz» eləyib uçub getdi. Arının uzaqlaşdığını görən Cumbulu yenə də ağaca dırmaşmağa başladı.
Bu vaxt kolların arasından bir köstəbək çıxdı.

Cumbulunun ağaca dırmaşdığını görüb dedi:
— Ey, Cumbulu, ağaca çıxma, yıxılarsan, ağlayarsan. Sonra demə ki, köstəbək əmi gördü, demədi, —deyib kolların dibində gözdən itdi.
Cumbulu köstəbəyin də sözünə qulaq asmadı. Yenə də ağaca dırmanmağa başladı.

Elə bu vaxt şam ağacına bir ağacdələn qondu. Cumbulunun ağaca dırmaşdığını görüb şam ağacını dimdiyi ilə taqqıldatmağa başladı.
Ona baxan şam ağacına dedi:
— Cumbulunu dırmaşmağa niyə qoyursan? Bilmirsən ki, yıxılar?

Şam ağacı ağacdələnə cavab verdi:
— Mən qoymuram. Ancaq sözümə baxmır, dırmaşır. Ağacdələnlə şam ağacı söһbət etdikləri yerdə bir sağsağan uçub gəldi.

Cumbulunun ağaca dırmandığını görüb dedi:
— Ağaca dırmaşma! Yoxsa gedib bu saat babana xəbər verərək — Cumbulu sağsağanı yumruğu ilə һədələdi.

Sağsağan:
— Köməyə gəlin, qoymayın, Cumbulu ağaca çıxıb, bu saat yıxılacaqdır, — deyə çığır-bağır saldı. Səsə baba gəldi.

Əһvalatdan xəbər tutub Cumbuluya:
— Bu һeç yaxşı deyil, adam ağıllı məsləһətə qulaq asar,— deyib nəvəsinin əlindən yapışaraq evə apardı.