Aytacın yuxusu

Biri vardı Biri Yoxdur, sakit bir məşənin yanında Aytac adında kiçik bir qız yaşayırdı. Bir gün ulduzlar öz işıqlarını yandıranda o meşəyə, gəzməyə getdi.
Ağacların arasında o, rəngarəng qanadlı bir kəpənək ilə qarşılaşdı. O, ovsun kimi rəngarəng qanadlarını açıb uçurdu. Aytac ona göz vurdu və kəpənək onun sadiq bələdçisi oldu.
Yolda onlar bir Kirpi ilə qarşılaşdılar. O, onların ayaq səslərini eşidib top kimi yumurlandı, lakin Aytac və kəpənəyi görəndə maraqla iynələrini düzəltdi. Birlikdə gezməyə davam edib və meşənin pıçıltısına qulaq asırdılar.
Birdən onların qarşısına balaca Dovşan çıxdı. O, Aytac və onun dostlarına qoşuldu və meşə sehrli əyləncə krallığına çevrildi. Balaca dovşan qabağa atladı, kəpənək havada rəqs etdi, kirpi güldü və Aytac bunları seyr edib sevinirdi.
Beləliklə, onlar təbiətin qoynunda sehrli bir gecə keçirib, səmadakı ulduzlar kimi qəlblərində parlayacaq xatirələr yaradıblar.