Tag Arxivləri: cücələrim

Mən anamın şip-şirin…

Mən anamın şip-şirin… Balaca pişiyiyəm. Dovşanı, kirpisiyəm. Körpəcə tülküsüyəm. Sapsarı cücəsiyəm Şələquyruq dələsiyəm. Anamçün qızıl balıq, Xırda, toppuş ayıcıq Dəcəl, şıltaq Toplanam Gülüyəm, quzusuyam. Başının bəlasıyam Bəs nə vaxt balasıyam?

Ətraflı oxu »

Cücələrim

Cib-cib cücələrim. Cib-cib-cib-cib cücələrim. Mənim qəşəng cücələrim, Tükü ipək cücələrim. Gözləyirəm tez gəliniz, Göy çəməndə dincəliniz. Ay qəşəng cücələrim, Tükü ipək cücələrim, Mənim göyçək cücələrim. Cib-cib cücələrim. Cib-cib-cib-cib cücələrim. Nə yesəniz mən verərəm, Su verərəm, dən verərəm Ay qəşəng cücələrim, Tükü ipək cücələrim, Mənim göyçək cücələrim. Cib-cib cücələrim. Cib-cib-cib-cib cücələrim. …

Ətraflı oxu »