Mən anamın şip-şirin…

Mən anamın şip-şirin...

Mən anamın şip-şirin…

Balaca pişiyiyəm.

Dovşanı, kirpisiyəm.

Körpəcə tülküsüyəm.

Sapsarı cücəsiyəm

Şələquyruq dələsiyəm.

Anamçün qızıl balıq,

Xırda, toppuş ayıcıq

Dəcəl, şıltaq Toplanam

Gülüyəm, quzusuyam.

Başının bəlasıyam

Bəs nə vaxt balasıyam?