Sənin isti qucağın ana qayğılı,
Nəfəsin mehriban, əzizdir bizə.
Verdiyin biliklə ucalardayıq,
Gərək yox tərifə, gərək yox sözə.
Nəfəsin mehriban, əzizdir bizə.
Verdiyin biliklə ucalardayıq,
Gərək yox tərifə, gərək yox sözə.
Bizə məbəd oldun, çox müqəddəssən,
Şagirdlər adını şərəfləndirdi.
Biz elmi öyrəndik müəllimlərdən,
Onlar savad verdi, bilikləndirdi.
Nə desəm az olar şəninə, inan,
Məktəb yoldaşlarım dost olub mənə.
Həyatın ən əziz, şirin çağları,
Sözbəsöz yazılıb tale səyifəmə.
Bu gün sağollaşır onbirincilər,
Uğurlar diləyək həyatlarında.
Elm qapıları daim açılsın,
Günəştək parlasın sabahlarında.
Gülə, çiçəklərə bəzənib məktəb,
Nə gözəl yaraşır bər-bəzək sənə.
Şadlıqdan, gülüşdən çələng düzülüb,
Xoşbəxtlik çevrilib təbəssümünə.
Gozel seirdi yazanin qelemi var olsun.Bu ilin mezunlara sirasinda mende varam mezun olduguma gore hem sevinir hemde uzulurem . Bu
gune geder qazandigim ugurlar gore muellimlerime minnetdaram
Gözəl şeirdir..
Əladı
Mənalı şeirdir həqiqətən. Çox gözəl yazmısınız.
bu nece naqil yazmaqdi.orfoqrafik serflerin elinden usaqlara duzgun naqil.oxuya bilmedim.cox pis…