Ağ quşun nağılı
Biri vardı, biri yoxdu, bir padşah vardı. Bütün padşahlardan fərqli olaraq, bu padşah olduqca adil və ağıllı padşah idi. Hamı onu çox sevirdi, bircə vəzirdən başqa. Vəzir gecə-gündüz yatmayıb onu necə öldürmək, yerinə necə keçmək barədə düşünürdü. Günlərin bir günündə o əlaltıları ilə birlikdə padşaha qəsd elədi və onun yerinə keçdi. Vəzir padşahın nəslindən bir nəfəri də sağ buraxmayacağına söz vermişdi. Bu məqsədlə də öz adamlarına padşahın yeganə oğlunu da öldürməyi tapşırdı. Padşahın arvadı oğlunu da götürüb qulluqçularla yaylağa getmişdi, ərinin öldürüldüyündən bixəbər idi.
Yeddi dağ alması nağılı
Biri var idi, biri yox idi, günlərin bir günündə Bir padşah var idi. Bu padşahın bir qızı var idi, adı da Pərinuş xanımdı. Pərinuş o qədər gözəldi ki, dünyada elə gözəl qız yoxdu. Ölkələrdən yığın-yığın padşah, vəzir, tacir oğulları Pərinuş xanıma elçi göndərirdilər. Amma Pərinuş xanım heç kimə dil vermirdi.
Zəngi nağılı
Deyirlər ki, qədim zamanlarda Bilbis şəhərində bir padşah varıymış. Günlərin bir günündə bu padşah yatıb aləmi- röyada görür ki, İsfahan şəhərində bir hammalın Zəngi adında bir oğlu olacaq, uşağ on iki yaşına çatanda vurub onu öldürəcək. Padşah bu yuxunu görən kimi yerindən dik atılıb tez vəziri yanına çağırtdırır, dili tutula-tutula, təngnəfəs yuxunu ona söyləyib dedi: – Vəzir, görəsən bu yuxu düzdürmü?
Yuxu nağılı
Biri varıymış, biri yoxuymuş, qədim zamanlarda bir padşah varıymış. Bu o qədər zülmkarmış ki, rəiyyət onun əlindən lap təngə gəlibmiş. Padşah öz tutduğu əməlləri bildiyinə görə həmişə camaatdan sayxın gəzərmiş. Başının ustünnən bir sərçə də uçanda elə bilərmiş ki, düşməndi.
Üç bacı nağılı
Bir dükançının üç qızı var imiş. Bunların anaları ölür. Ataları gedib bir arvad alır. Bu kişi gündə gedib tikan yığıb gətirir və satıb puluna çörək alıb gətirərmiş. Bir gün bu taza gətirdigi arvad ərinə deyir ki….
Tülkü baba və Hacıleylək
Keçmiş zamanlarda bir tülkü, bir də bir hacıleylək var idi. Bunlar qardaş olmuşdular. Bir gün tülkü hacıleyləyi qonaq çağırdı. Bir qazan ayranlı şorba bişirdi, bir siniyə tökdü, gətirib süfrəyə qoydu. Yeməyə başladılar. Qab dayaz idi. Hacıleyləyin dimdiyinə bir düyü də gəlmirdi. Amma tülkü hər dəfə dilini uzadanda şorbanın bir tərəfini yalayıb qurtarırdı.