Ömərin macərası

Salam, dostlar. Mənim adım Ömərdi. Babam isə adımı “bal balam” deyə çağırır.

Doğrusu, bu, çox xoşuma gəlir.

Dərslərimi əla oxuyuram. Asudə vaxtlarımı kitab oxusuyla keçirirəm.
Bir də futbol oynamağı çox sevirəm. Bir az xəyalpərəstəm.

Bir də görürsən, dərs vaxtı fikirlərim harasa uçuşur. Səyahət edəcəyim yerə
ayaq basan kimi, müəlliməm “Ömər, çıx lövhəyə. Dərsini danış” söyləyir.
Özümü itirmədən lövhəyə çıxıram. Dərsimə həmişə hazır oluram.

Məni məktəbdən babam götürür. Yaxşı havalarda adətən dəniz kənarına gedirik. Ora gedəndə tək mənim yox, babamın da xəyalları uzaqlara gedir.

Deməli, bir gün babamla birlikdə Xəzərin sahilində idik. Birdən onun qızardığını, gözlərinin yaşla dolduğunu gördüm.

-Baba, nə oldu? Niyə qızardın? Nə yadına düşdü?

-Oğlum, bal balam, bilirsən, sənin atan dənizçi idi.
Ən böyük arzusu dünyanı səyahət etmək idi.

Bir gün hamımız birgə dəniz kənarına gəldik. Yay idi. Bacın, sən dənizdə çimirdiniz. Sən onda balaca idin, yadına gəlməz. Qəflətən hava dəyişdi.

Dənizin ləpələri böyüməyə başladı. Birdən bacın Fatimənin dənizdə batdığını gördük. Atan birbaşa suya atıldı. Hamımız onun ardıyca getdik.

Fatiməni sağ-salamat sahilə çıxara bildik. Atanı isə xilas edə bilmədik.

-Baba, indi günah bacımdadır?

-Yox, oğlum. O, heç nə etməyib ki. Atanın da taleyi belə gətirdi.
-Amma yenə də… Atan dünyanı gəzmək istəyirdi.
-Hətta sizi də Londona aparmaq istəmişdi.

-Baba, bir az böyüyüm, atamın edə bilmədiklərini mən edəcəyəm!

-İnşallah, edərsən, oğlum! Gəl, indi evimizə gedək.

Babamın danışdığı bu hadisəni ilk dəfəydi ki, eşidirdim. Qaranlıq artıq düşmüşdü. Mən də hazırlanıb yerimdə uzandım. Babam mışıl-mışıl yatmışdı. Amma mən hələ də atamı düşünürdüm.

Ömər böyüyür.

İndi mənim 17-18 yaşım var. Sabah Londona gedəcəyəm. Çox həyəcanlıyam.

Gedib babamla ingiliscə danışmaq istəyirəm. Çünki mən 10 il ingilis dilinə hazırlaşmışam.

Mən istəyirdim ki, Londona gedib ailəmin yarısını orada tapım. Bu vaxt qaranlıq düşdü.

Mən həyəcanlı idim.Yata da bilmirdim. Saatı 06:00-a qurmuşdum. 06 saat keçdi.

Saat dingildədi. Mən yerimdən tullandım. Çamadanımı yığıb yollandım gəmiyə.

Qəbul olmaq üçün müdirin yanına getdim. Müdir sual verdi:
– Hara və nə üçün gedirsən?

-Londona gedəcəyəm. Çünki rəhmətlik atam da getmək istəyib amma qəza baş verib.

-Yəni atana görə gedirsən?

-Bəli, atama görə , amma özüm də istəyirəm.

-Əla. Bəs sənə onu da demək istəyirəm ki, dənizçilər yazı yazmağı da bilməlidirlər.

-Həm, sən İngiltərənin paytaxtına getdiyin üçün ingiliscə danışmalısan.

-Bəli, danışa bilirəm. Məsələn: The capital of England is London.

-Əla, səni məlumatlarla tanış edim. Bir dəqiqə… Aha, hazırdır. Çox yaxşı yerdəsiniz.

-Haradır? Mən nə işləyəcəyəm?

-Kapitan köməkçisi. Çamadanını yığ, get.

Mən sevinclə çıxdım.

Londonda

Babama məktub yazmışdım:

“Əziz babacan, səndən ötrü darıxmışam.Çünki sən mənim qayğıma çox qalmısan. Əzizləmisən, sevmisən. Atamdan sonra sən mənim üçün həmişə qəhrəman kimi görünmüsən. Həmişə sənə oxşamağa, sənin kimi olmağa çalışmışam. Bir az səbr elə. Xədicə bacımı , Fatiməni, Aişə bacımı, anamı , nənəmi, səni də bura- yanıma gətirəcəyəm…”

Nəvən Ömər

Yazdığım məktubun cavabını səbrsizliklə gözləyirdim. Gəmidə özümə yer tapa bilmirdim.

Birdən müdir, yəni kapitan məni çağırdı. O dedi:
– Ömər, bilirsən ki, dənizçi olmaq çox çətindir? Sənə bu parlaq, bahalı və bir çox dənziçinin cəsarəti olan bu qılıncı verirəm.
– Necə? Mənə?
– Bəli
– Kapitan, bəs Məhəmməd adlı bir dənizçi necə, cəsarətliydimi?
– O kimdir?
– O… O, fədakar bir nəfər idi. Mənim atam…

Axşam idi. Bütün dənizçilər yatırdı. Mən isə hər gün gələcək məktubun yolunu gözləyirdim.

İki gün, mənim üçün iki il kimi keçirdi. Nəhayət babamdan bir məktub gəldi:

“Əziz balam, Ömər, mən də səndən ötrü çox darıxmışam. Səbrli olmaq çox çətindir. Anan, bacıların – hamı sənin yolunu gözləyir. İnanıram ki, sən çoxlu uğur qazanacaqsan. Bizdən ötrü narahat olma, hamımız yaxşıyıq. Ora aparmağı isə heç düşünmə. İşlə, uğur qazan – vaxtı-vaxtında da vətənə gəl. Səni görək. Biz yad ölkədə qala bilmərik. Qocalmışıq, bura öyrəşmişik. Vətəndən kənarda yaşamaq biz qocalar üçün çox çətindir. Özünə yaxşı bax, bal balam”.

Baban Talıb

Babamın sözlərində çox həqiqət var. Dil bilmək hələ azdır.

Yad bir ölkədə, qohumların olmadan yaşamaq çətindir.

Gəmi sürətlə hərəkət edirdi.

Mən isə dalğalara baxıb babamı, ailəmizi xatırlayırdım.


Müəllif:Aişə Astanlı

Aişə Astanlı,
Sumqayıt şəhəri,Nizami Gəncəvi adına litseyin 4b sinif şagirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir