Karandaşlar

Balaca bir qutuda 6 dənə karandaş yaşıyırdı. Onlar dostluq edib, yanbayan iş görürdülər. Ən çox Qara karandaş işləyirdi. Biraz az – Qırmızı, Göy, Yaşıl və Sarı. Onların arasında Ağ karandaş var idi, bax onunlada bu hadisə bağlıdı.

Ən az onu istifadə edirdilər və çox vaxt heç qutudanda çıxardmırdılar. Ağ karandaş hər dəfə kefi pozulurdu.

O fikirləşirdi:
-Mən heçkimə lazım deyiləm… Məni heç kim istəmir, mənim pis xasiyətim var, mənə fikir verən yoxdur. Mənim dostlarım hər gün işləyillər, amma mən hələ də gözləyirəm. Mən lazımsız karandaşam deyib, hələ ağlıyırdıki, qutu islandı.

Amma bir gün, karandaşlar işləyən yerə qara vərəqlər gətirdilər. Bu günə qədər ağ vərəglərdən istifadə olduğna görə, rəngli karandaşlardan istifadə edirdilər. O gündən Ağ karandaş, oldu lazımlı karandaş. Yalnız onunla qara vərəqlərdə yazanda rahat görünürdü.

Sevinirdi Ağ karandaş, çalışırdı qəşəng cəksin xətləri, yumşaq və düz. Həmişə hazır idi işləməyə, həm gecə, həm də gündüz. Dostları ona görə sevinirdilər. Onu dəstəkliyirdilər, cünki görürdülər ki o xöşbəxtdir və onlara bu xoş idi.

Günlər keçirdi və yalnız Ağ karandaş işləyirdi. Qalan karandaşlar istrahət etdilər və başladılar darıxmaqa. Amma Ağ karandaş çox yorulurdu və heç dostları ilə danışmaqa gücü qalmırdı. Və bu zaman hamı hər şeyi başa düşdü.

Ağ karandaş başa düşdü ki heç vaxt ümüdü itirmək lazım deyil, çünki bir vaxt gəlicey və sən öz bacarıqnı və məharətini göstəriceysən. Onunsa dostları, rəngli karandaşlar başa düşdülər ki neçə onların dostu Ag karandaş, qutuda işsiz qalanda, ona pis idi.

O gündən Qara, Ağ, Sarı, Qırmızı, Göy və Yaşıl karandaş birazda bərk dostlaşdılar və bir birilərini çətin vaxtlarda dəstəkliyirdilər. Bir birilərinə xoş sözləri deməyə unutmurdular, bir birlərinin yaxşı xüsusiyətlərini yada salırdılar. Hər birisi bilirdi ki, onlar əvəz edilməzdilər və dostlarına çox lazımdılar.

error: Content is protected !!