Mehriban Əliyeva: “Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq”


Əziz bacılar və qardaşlar!
Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Adları əbədi olaraq Azərbaycan dövlətinin tarixinə həkk olunmuş bu cür igid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkürümü bildirir, Uca Tanrıdan onlara səbir diləyirəm. Müharibə günlərində həlak olmuş günahsız vətəndaşlarımızın xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı hər zaman xalqımızı qorusun!

Дорогие сестры и братья!
Сегодня мы чтим память шехидов Отечественной войны. Память героев, отдавших свои жизни во имя Славной Победы. Продемонстрировав истинный пример патриотизма и преданности Родине, своим бесстрашием, мужеством, волей и силой духа они сокрушили оккупанта и восстановили территориальную целостность нашей страны. Выражаю благодарность родителям, воспитавшим таких отважных сынов, чьи имена навеки вошли в историю Азербайджанского государства, и прошу Всевышнего ниспослать им терпение. Отдаем дань памяти ни в чем неповинным гражданам, погибшим в дни войны. Да упокоит Аллах души всех наших шехидов. Пусть Всевышний всегда будет милосерден к нашему народу!

 

First Vice-President of Azerbaijan