Kim dişlərini təmizləmir?

DişlərBiri var idi, biri yox idi, bir sehirli ölkədə dişlər yaşıyırdı. Bəli bəli, adi Dişlər. Onların arasında bidənə balaca Dişdiş adlı bir diş var idi. Dişdiş  alma, konfet və fındığ yeməyi çox xoşlayırdı.

Bu ölkədə hamının öz evi var idi, onlar orda yeyirdilər, yatırdılar və təmizlənirdilər. Bizim Dişdiş yatmağı və yeməyi xoşlayırdı, amma diş fırçası ilə təmizlənməyi xöşlamırdı… tənbəlliy edirdi.

Bu işdən heç bir ləzzət yoxdursa, mən bunun xeyrini görmürəm,- fikirləşirdi Dişdiş – ancaq vaxtımı boş boşuna sərf edirəm, onnansa konfet yiyərəm…

Və bir gün o qərara qəldiki daha diş fırçasından istifadə etməsin.

Hər gün o qoz-fındığ yeyirdi. Çox rahat yaşıyırdı və gündə iki dəfə vaxtını təmizlənməyə sərf etmirdi.

Bir gün Dişdiş dostu gilə qonağ getdi. O dostunun evinə gələndə, neyçünsə heş kim onunla danışmaq və oynamaq istəmədi.
Noolub bunlara? Əvvələr onlar mənimlə oynamaqı xoşlayırdılar- Dişdiş fikirləşib, kefi pozuldu.

Orda boyük bir tort var idi, şokoladlı və qozlu. Dişdişədə o tordan pay düşdü, amma Dişdiş tortu yemək istəyəndə, ağrıdan qışqırdı, ağlayıb qaçdı.

Nooldu Dişdişə? Əvvəllər o şirni xoşlayırdı, -hamı təcübləndi.

DişlərDişdişin isə hər yanı başladı ağramaqa o tortdan sonra. Ona necə pis olmuşdur ki, o ağlayıb, tərpənədə bilmirdi.

Yəgin mən ölürəm,- fikirləşdi Dişdiş və tez xəstəxanaya qaçdı.

Xəstəxanada onu TəmizDiş həkim qarşıladı, o Dişdişə baxıb, başını yellədi və dedi, Hə, bu çox ağır vəziyyətdir, mən  sənə kömək edə bilmərəm.

Ola bilməz ki bu sondur? Ola bilməzki mən daha heçnə yeyə bilmiceyəm! – bunu deyib Dişdiş hönkür hönkür ağlamaqa başladı

Yeyib yemədiyin, sənin özünnən asılıdır – TəmizDiş həkim ona dedi. Hərə öz sağlamlığına özü diqqət etməlidir. Bax sən axırıncı dəfə ne vaxt təmizlənmisən?

Dişdiş fikirləşdi…. və cavab tapa bilmədi, yəgin lap çoxdan.

Həə, səndə təcüblənirsən ki, sənin ağrıların var? -Təmizdiş həkim təcüblə dedi,- sən bəyəm bilmirsən ki niyə dişlər təmizdənir?

Yox, bilmirəm -cavab verdi Dişdiş.

Dişlər ona görə təmizlənir ki, onların üstündə çirk və yemək qiırıntıları qalmasun. Axı bunlar hamısı dişlərin üstündə qalır və dişləri diş fırçası ilə təmizlənməsə, onlar dişləri məhf edir, ona görədə sən də belə ağrılar var.

Dişdiş özün qərar ver, əgər sən sağalmaq istəyirsən, sən hər gün səhər və axşam təmizlənməlisən.

Dişdiş həkimə qulaq asıb, evə qaçdı, diş fırçasını tapıb özünü uzun vaxt təmizlədi. Sonra Dişdiş özünə güzgüdə baxdı  və gördü ki, üstündə çoxlu xırda qara lekələr var, onlar çirkin altında görsənmirdilər.

Mən özüm özümü nə günə qoymuşam- dərinnən ax cəkib, Dişdiş heyifsləndi.

O gündən çox vaxt keçdi. Dişdiş hər gün  özünü təmizləyirdi, o yenə ağ və parlaq oldu, və hər şey yeyə bilərdi. Amma o qara lekələr hələdə qaldı və onun tənbəlliynin nəticəsini yadigarı idi.

error: Content is protected !!