Kərpickəsən

Şam şəhərində qoca bir Kərpickəsən yaşayırdı. Öz işini yaxşı bilən,
zəhmətsevən qocanın günü-güzəranı ağır keçirdi.

O, adi torpaqdan daş kimi möhkəm kərpic yaradırdı.
Əlinin əməyini ucalan binalarda görəndə sevinir, qanadlanırdı.
O, ömrünün mənasını bunda görürdü.

Günlərin birində geyimli-gecimli bir oğlan qocaya yanaşıb təşəxxüslə
danışmağa, nəsihət eləməyə başladı:
—Bu nə peşədir tapmısan, dayı? Toz-torpaqda, suda, samanda nə
görmüsən? Palçığın üzünə seyqal vurmaqdan, mala çəkməkdən yorulmur-
san? At bu malanı bir yana, qəlibi də yandır. Daş-kəsəkdən uzaqlaş, sənə
yaraşmaz, bu peşə kəndli-kündlünün işidir. Qul deyilsən ki, belə əlləşirsən?
Özünə isbatlı peşə tapsana, yazıqsan!

Qoca, cavan oğlanın bazburuduna baxdı, qamətini diqqətlə başdan-
ayağa süzdü:
—Deyəsən, mənə ağıl öyrətməyə gəlmisən? Başından yekə danış ma,bala!
Oğlanın qolundan tutub: — Gəl, —dedi.
O, sol tərəfdə, hasar dalında, yaşıllıqlar içərisində yüksələn yaraşıqlı qəsri göstərdi:

– Necədir?
– Əcəbdir!
– Nədən tikilib?
– Kərpicdən!

Qoca, mala kimi bərk əlini tunc kimi parlaq alnına vurub, şəəhadət barmağı ilə kərpiclərə işarə etdi.
Bunlar soyuq su ilə yox, isti tər ilə yoğrulub. Dünyada gördüyün bütün abadlıqlar göbələk deyil ki, yerdən göyərsin. Zəhmətə qatlaşan, əziyyətə dözən adamların əməyi sayəsindədir.
Kərpic kəsmək, palçıq tutmaq, qara işdə çalışmaq insan üçün qəbahət deyil.
Zəhmət canın cövhəridir.
Bu sənətə əl atdım ki, sabah ehtiyac vaxtında sənin kimisinin qapısına gəlib əl açmayım.
Öz əlimin əməyi ilə yaşamaq mənə böyük şərəfdir.
Bu kərpicin hər birini divarda, səkidə, tikilidə görəndə biləyimin gücünü, ürəyimin qüdrətini görürəm.

Sən hələ uşaqsan, bala. Dünyadan xəbərin yoxdur!
Qara işə xoş baxmazdar. Qara iş üz ağardır. İnsan yaratmaq üçün yaranmışdır:
Əməksiz bir həyat bibərdən acı!
Əməkdir insanın başının tacı!
Hər işdə, əməldə tikən ol, yıxan olma!

Kərpickəsən, daşyolan, suçıxaran odunyığan… bunlar işdir, həyatdır, gün-güzərandır!
Yoxsa, ifadə qurusu kimi düz-düz qəzməkdən, yer üzünə ağır yük olmaqdan nə çıxar?

Qoca bunları dedi, yumruğunu düydü, hər iki qolunu qaldırıb silkələdi:
— Nə qədər ki, qolumda qüvvət, dizimdə taqət, gözümdə işıq var, çalışacağam. Mənim yaraşığım budur.
Ruzumu, sevincimi bu yolda tapmışam. Tanrımdan istəmişəm: əməkdən uzaq bir günüm olmasın!

Qocanın nəsihəti cavan oğlanı heyrətdə qoymuşdu. O görürdü ki, qarşısında əmək mücəssəməsi, sarayların, qəsrlərin, kənd və şəhərlərin qocaman bənnası dayanmış, uşaqları, gəncləri gələcəyə, yaratmağa çağırır.

Cavan oğlan öz əməlindən utandı. Dinib-danışacağı olmadı.
Başını aşağı salıb, məyus-məyus yoluna düzəldi.
Kərpickəsən kişinin sözləri gənci tutmuşdu, yaman tutmuşdu.
Müdrik qoca, onun gözündə dağlar qədər ucalmış, böyümüşdü.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.