İncinin inci söhbətləri

İncinin inci söhbətləriİnci hazırlıqdan evə gedəndə mütləq yeməkxanaya gedib “Zəhmət olmasabir stəkan verin” deyərək oradan stəkan alıb suyu icib nənəsi ilə evə gedir.

Bunu müşahidə edən müəllim bir gün İnciyə belə bir sual verdi:
– İnci, buranın suyu evin suyundan yaxşıdırmı?
Suyu içə-içə başı ilə təsdiqlədi. Sonra:
– Buranın suyuda, özü də mənim xoşuma gəlir.
Müəllim: – evdə bacın, qardaşın varmı?
– Yox.
– İstəyirsən olsun?
– Hə?
– Nə üçün?
– Onlara baxmaqa, onlarla oynamağa, onlara oyuncaqlarımı verməyə.
– Bəs kimlə oynayırsan?
– Kuklalarımla. Onlar coxdu. Mən onları yedirdirəm, soska ilə su içirdirəm, pampers geyindirirəm, yaş olanda dəyişdirirəm.

Müəllim kuklalar aləmindən uzaq olduğu üçün və bu aləmi başa düşmək üçün soruşdu:
– Necə yəni, pampersi dəyişdirirəm? Yəni kuklaların su içir?
– Bəli. Həmdə “O” və “A” deyir.
Müəllim – Onda bacı qardaşı neynirsən? Oynamaq ücün , kuklaların var axı?
İnci müəllimin üzünə baxıb dedi:
– Mən onlarla oynayıram.Mən onları sevirem. Amma onlar mənimlə oynamır, məni sevmirlər, onlar cansızdılar. Mən canlıılarla oynamaq  istəyirəm!
Müəllim bu sözlərdə  uşaq qəlbinin harayını eşitdi.
Bu haray belə idi.
– “Mənə danışan oyuncaq, kuklalar yox, mənimlə oynayan, məni istəyən bacı, qardaş gərəkdir”.

Fatma xanım Bünyatova.

error: Content is protected !!