Dələ və Canavar

Dələ budaqdan budağın üstünə tullandı və ağacın altında yatmış canavarın üstünə düşdü. Canavar yerindən sıçradı və onu yemək istədi.

Dələ canavara yalvardı:
– Burax məni.

Canavar dedi:
-Yaxşı, mən səni buraxaram, ancaq sən mənə de görüm, niyə siz Dələlər həmişə belə şənsiz? Mən həmişə darıxıram, amma siz orda yuxarıda oynayıb və tullanırsız.

Dələ dedi:
-Əvvəlcə ağacın üzərinə burax məni, oradan sənə deyim, yoxsa mən səndən qorxuram.

Canavar dələni buraxdı. Dələ ağacın yuxarsına çıxıb oradan dedi:
Sən ona görə darıxırsan ki, sən qəzəblisən. Sənin qəzəbin sənin urəyni sıxır. Biz isə ona görə şənlənirik ki, biz mehriban və heç kəsə qəzəblənmirik.

Lev Tolstoy. Əfsanə