Təmsillər

Çalağan və Bülbül

Çalağan və Bülbül

Çalağan gәlib dilә, Bir gün dedi bülbülә: — Öyrәt mәnә dә nәğmә, Şövq ilә gәlim dәmә, Oxuyum, vurum cәһ-cәһ, Dinlәyәn desin bәһ-bәһ… Hәmdәm olum güllәrә, Adım düşsün dillәrә. Bülbül dedi: — Çalağan! Pәncәndә görünür qan. Yırtıcılıqdır peşәn. Sәnә yaddır bu gülşәn. Sәndәn nәğmәkar olmaz, Qızılgülә yar olmaz!

Ətraflı oxu »

Tikan və Qızılgül

tikan və gül

Tikan çox tәәccüblә Söylәdi qızılgülә: Bir kolda, bir budaqda Yetişirik biz bağda. Bәs sәbәb nәdir ki, sәn һamıya sevimlisәn, Mәni sevmәyir һeç kәs? Gül dedi: — Deyil әbәs, Bir yerdә olsaq da biz, Ayrıdır xislәtimiz. Sәn һәr әlә batırsan, İncidib qanadırsan. Mәn könül oxşayıram, Qәlblәrdә yaşayıram.

Ətraflı oxu »

Qaranquş və Bayquş

QARANQUŞ VƏ BAYQUŞ

Yetişdi baһar çağı, Bәzәdi güllәr bağı Qaranquş bir budaqda Oxuyan zaman bağda, Bayquş dedi: — Qaranquş! Bu gün qurtarıbdır qış. Xәbәr tutub baһardan Gәlib çıxmısan һardan? Mәn bağdayam һәr sәһәr, Tutmuram yazdan xәbәr. Qaranquş dedi: — Bayquş, Birdir sәnә baһar, qış. Ulamaqdır sәnәtin, Yazı duyarsan çәtin. Vurulmuşam mәn yaza Xoş …

Ətraflı oxu »

Kirpi və İlan

Kirpi və İlan

Kirpiyә dedi ilan: —Gәl dost olaq yaxından! Xәncәr kimi bizini At, mәn görüm üzünü. Artsın sәnә һörmәtim, Çoxalsın mәһәbbәtim. Kirpi dedi: — Çox gözәl, Mәn bizimi atım, gәl Zәһәrini at sәn dә, İnam oyansın mәndә. İlan dedi: — Dişimdәn, Mәn sancmaq vәrdişimdәn Әl götürmәrәm әsla, Dağılsa bütün dünya. Sancmaq olub …

Ətraflı oxu »

Oğlan və işarələr

Bir oğlan yol ilə gedirdi. Günəş şəfəq saçırdı. Birdən oğlanın ayağı dolaşdı və yıxıldı. Ayağı yaralandı və alnı əzildi. O zaman oğlan tanrıdan küsərək dedi: – Necə xilaskarsan ki, mənim belə möhkəm yıxılmağıma razı oldun. Və oğlan başqa yol ilə geyməyə davam etdi. Amma oğlan bilmədi ki, bayaqkı yıxıldığı yolun …

Ətraflı oxu »