Oğlan və işarələr

Oğlan və işarələrBir oğlan yol ilə gedirdi. Günəş şəfəq saçırdı. Birdən oğlanın ayağı dolaşdı və yıxıldı. Ayağı yaralandı və alnı əzildi. O zaman oğlan tanrıdan küsərək dedi:

– Necə xilaskarsan ki, mənim belə möhkəm yıxılmağıma razı oldun.

Və oğlan başqa yol ilə geyməyə davam etdi. Amma oğlan bilmədi ki, bayaqkı yıxıldığı yolun davamında zəhərli ilan varmış və onu ölüm gözləyirmiş.

Oğlan başqa bir yolda getməyə davam edərkən qəfil ildırım çaxmağa başladı. O ağaca tərəf qaçdı ki, yağışdan gizlənsin. Bu zaman yenə yıxıldı və yaralandı. Oğlan yenidən Tanrıya etiraz etdi:

– Sən necə xilaskarsan ki, mənə heç olmasa yağışdan gizlənməyə icazə vermədin?…

Oğlan üçüncü dəfə yolunu dəyişdi. Amma bayaq gizlənmək istədiyi ağacı ildırımın necə vurduğunu görmədi. Ağac bir göz qırpımında alovlandı.

Oğlan üçüncü yolla getməyə davam etdi. O çox ehtiyatla, ayağının altına baxaraq gedir və öz-özünə deyinirdi:

– Mən sənə daha güvənmirəm, Tanrı. Sən məni qorumursan, öz seçdiyim yol ilə getməyə qoymursan.

Birdən oğlan yenə yıxıldı və onun qolu sındı. Şiddətli ağrı hissi onu bürüdü və o öz Tanrısına nifrətlə dedi:

– Artıq sənin varlığına inanmıram. Daha bu yollar ilə deyil, dağların arasıyla gedəcəyəm. Sən komək eləmirsən, ancaq mane olursan.

Amma oğlan bilmirdi ki, üçüncü yol onu heç hara aparmayacaqdı. O yolun sonunda qara uçurum var idi.

Oğlan dağlara dırmaşdı. Çətin idi, bədəni göynəyirdi. Amma dağın yüksək zirvəsinə qalxan zaman oradan bayaq yarımçıq tərk etdiyi 3 yolu, elə zəhərli ilanı da, yanıb külə dönən ağacı da, qara uçurumu da gördü.

Oğlan sakitcə « Çox sağ ol» dedi və əlləri ilə üzünü örtdü.

Ola bilsin ki, uğursuzluq səni bədbəxtliklə qarşılaşmaqdan qoruyan ən böyük yaxşılıqdır. Taleyinizdən şikayətlənməyə tələsməyin. Bəlkə də, o sizə qarşı daha mərhəmətlidir. Gözlər hər zaman səni qarşıda nə gözlədiyini bilməz.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir