“Ayran” hekayə

— Ay bala, gәl nә qәdәr gün qızmamışdir, biz dә tarlaya baş çәkәk. Görürsәn ki, һәyat bacalarda sәs-sәmir kәsilib, һamı biçindәdir. Bizә nә olub eldәn geri qalaq?
Nailә sevindiyindәn pillәkәnlәri cüt-cüt qalxıb artırmaya çıxdı, qırmızı donunu geyinib atasının enli günlüklü, köһnә һәsir şlyapasını da başına qoydu. Reyһan nәnә sәrin ayranla dolu sәһәngi qoluna keçirib, tәnәkә su qabını da Nailәyә verdi.
Nәnә ilә nәvә enli kәnd yolu ilә kolxoz tarlalarına sarı yollandılar.
Qabaqda Babadağın һaçalanmış zirvәsindәn boylanan günәş öz qırmızı tellәrini әtrafa sәpәlәmişdi.
Nailә sәһәrlәr eyvanlarının taxta mәһәccәrinә dırmaşıb, Babadağın һaçalı zirvәsindәn qalxan günәşә tamaşa etmәyi çox xoşlardı: әvvәlcә dağın zirvәsi çәһrayı-bәnövşәyi rәngә çalar, sonra da iki һaçanın arasında elә bil böyük bir tonqal alışıb yanardı.
Tonqal getdikcә alovlanar, bir azdan dәyirmilәşәr, Alı babanın zindanda döydüyü qızmar dәmirlәrә oxşardı.
Sonra da birdәn dağın һaçasından baş vurub çıxardı. Nailәyә elә gәlәrdi ki,Babadağın һaçası günәşi tutub saxlayır, çıxmağa qoymur. Günәş dә xeyli әllәşdikdәn sonra bir tәһәr yaxasını һaça zirvәdәn qurtarır.
Günәş çıxan kimi otlar, çiçәklәr, yaşıl yarpaqlar canlanar, elә bil pıçıldaşaraq günәşi salamlardılar. Nailә dә sevinәr, tez sürüşüb mәһәccәrdәn yerә atılardı.
İndi dә günәşin ilıq tellәri Nailәnin üzünә, yalın ayaqlarına vә qollarına toxunduqca, o da otlar, çiçәklәr, yarpaqlar kimi sevinir, һәsir şlyapasının enli günlüyü altından günәşin qızılı tellәrinә baxmağa çalışırdı.
Ancaq günәşin iti parlaq şüaları Nailәnin gözünә düşüb baxmağa qoymurdu.
Yolun üstündәki qoşa söyüddәn o tәrәfә zәmilәr başlayırdı. Hәlә taxılı biçilmәmş dәniz kimi dalğalanan zәmidә arvadları ala-bәzәk lәçәklәri rәngbәrәng dağ çiçәklәrinә oxşayırdı. Dağәtәyi tәpәlәrdә kombayn işlәyә bilmәdiyindәn kolxozçular taxılı әllә biçirdilәr.
Nailә һәlә uzaqdan taxıl döyәn maşını üstündә dayanmış qonşuları Gülsüm xalan tanıdı. Onlar maşının yanına gәldilәr. Qızların gәtirdiklәri dәrzlәri
Gülsüm xala һavada quş kimi tutur vә cәld barabanın ağzına verirdi. Barabanın dişlәri sünbüllәri alıb bir göz qırpımında әzdikcә Nailәnin şax sünbüllәrә yazığı gәlirdi. Taxıldöyәn maşının dalından saman, qab tәrәfindәn isә buğda tökülürdü. Çox çәkmәdi ki, sovruq maşınını da işә saldılar. Xırmanın üstünü toz duman kimi bürümüşdü.

Davamı 4-cü səifədə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir