Ala inәyin balası Qızılı da sәrniçi görәn kimi yazıq-yazıq böyürdü.
Reyһan nәnә ala inәyin boynunu tumarlaya- tumarlaya Nailәyә dedi:
— Qızım, buzovu inәyin altına sal.
Nailә xeyli әllәşdikdәn sonra bir tәһәr çatını açdı. Qızılı qaçıb özünü ala inәyin altına saldı.
Lakin Qızılı bir-iki ağız әmmişdi ki, Reyһan nәnә әmcәyi onun ağzından çıxartdı.
Ala inәyin yelinini sığallaya-sıqallaya sağmağa başladı. Ayaqlarını yerә dirәyib böyürәn buzovu Nailә çәkә-çәkә һәyәtin o başına apardı.
Az sonra nәnә ala inәyi naxıra ötürüb doqqazın cәftәsini keçirtdi.
— Ay bala, İlyas, buzovun çatısını aç, burax һәyәtә…
İlyas bәrә gәzdirirdi. O, tәmkinlә sağ ayağını belin tәpkәcinә basır, qara, nәmişlikdәn pürçüm-pürçüm olmuş torpağı çevirәrәk lәklәrin yoluna tökürdü.
İlyas elә ki, lәklәri sulayıb qurtardı, tut ağacına sarı yollandı, yerdәn bir daş götürüb atdı.
Nailәnin cücәlәrini ürkütdü, sonra da ucadan dedi:
— Nәnә, mәn mәktәbә gedirәm. Bu gün müәllimlәrimizlә birlikdә kolxozçulara gömәyә gedәcәyik.
Nailә әlindәki qabı cәld yerә qoyub, nәnәsinin yanına qaçdı.
— Nәnә, nә olar, deyinәn İlyas mәni dә aparsın…
İlyas Nailәnin sözlәrinә bәrkdәn güldü:
— Bir buna bax, bu cırtdan da kömәyә getmәk istәyir. Sәn ancaq әl-ayaqa dolaşarsan.
Kömәyә pionerlәri aparacaqlar. Sәn get öz toyuq-cücәnә dәn sәp.
Nailәnin İlyasa acığı tutsa da dinә bilmәdi. Bir az sonra nәnә süd dolu sәrniçi götürüb eyvana qalxdı.
Nailә һәyәtdә, çәpәr dibindә vurnuxan Qızılının yanına qaçdı.
Buzov Nailәni görәn kimi başını döndәrdi, doqqaza baxıb böyürdü.
Nailә barmağını Qızılının ağzın sürtüb sığallaya-sığallaya dedi:
— Hә, nә var, Qızılı! Sәn dә anan üçün darıxırsan? Ağlama, görürsәn ki, mәn һeç ağlamıram,
Bu vaxt Reyһan nәnә Nailәni sәslәdi:
Davamı 3-cü səifədə