— “Hacıleylək, gəl bizə qonaq, gör sənə necə süfrə açaram!”
Hacıleylək durub gəldi Tülkünün evinə. Tülkü yeməyi bişirib, yastı nimçəyə tökdü və Hacıleyləyin qabağına qoydu.
— “Ye, əzizim, ye! Özüm bişirmişəm.”
Hacıleylək uzun dimdiyi ilə nimçəyə toxundu, amma heç nə götürə bilmədi. Tülkü isə dili ilə nimçədəki yeməyin hamısını yalayıb yedi.
Tülkü ayağa qalxıb dedi: — “Hə, başqa yemək də yoxdur, bağışla!”
— “Çox sağ ol, Tülkü, hər şey dadlı idi!” — dedi Hacıleylək.
Ertəsi gün Tülkü Hacıleyləygilə qonaq getdi.
Hacıleylək bir qazan yemək bişirib, onu dar boğazlı bir bardaqa tökdü və süfrənin ortasına qoydu.
— “Buyur, əzizim, nuş elə, utanma!” — dedi Hacıleylək.
Tülkü bardaqın ətrafında fırlandı, amma dili yeməyə çatmadı; yalnız qoxlaya bilirdi. Hacıleylək isə uzun dimdiyi ilə bardaqdan yeməyi rahatca yeyib qurtardı.
— “Hə, Tülkü, başqa yemək də pişirməmişəm, üzr istəyərsən!” — dedi Hacıleylək.
Tülkünü dərd apardı: o düşünürdü ki, Hacıleyləkgildə bir həftəlik doyar, amma indi ac-yalavac evinə qayıtmalı oldu.
Bu gündən sonra Tülkü ilə Hacıleyləyin dostluğu pozuldu.
Uşaqların Nağıl Aləmi Uşaqlar üçün nağıllar, hekayələr, şeirlər və təmsillər