Kirpi / Təmsillər / Kirpi və İlan

Kirpi və İlan

Kirpiyә dedi ilan:
—Gәl dost olaq yaxından!

Xәncәr kimi bizini
At, mәn görüm üzünü.

Artsın sәnә һörmәtim,
Çoxalsın mәһәbbәtim.

Kirpi dedi: — Çox gözәl,
Mәn bizimi atım, gәl

Zәһәrini at sәn dә,
İnam oyansın mәndә.

İlan dedi: — Dişimdәn,
Mәn sancmaq vәrdişimdәn

Әl götürmәrәm әsla,
Dağılsa bütün dünya.

Sancmaq olub vәrdişim,
Zәһәrsiz keçmәz işim.

error: Content is protected !!