Kirpi / Tag Archives: uşaqlar

Tag Archives: uşaqlar

Fevral, 2019

  • 13 Fevral

    “Noxud üstündə yatan şahzadə qız” nağılı

    "Noxud üstündə yatan şahzadə qız" nağılı

    Biri var idi, biri yox idi, bir şahzadə oğlan var idi. O, əsl şahzadə qız ilə evlənmək istəyirdi. Şahzadə oğlan özünə adaxlı tapmaq üçün bütün dünyanı gəzib-dolaşdı, çox axtardı, amma istədiyini tapa bilmədi. Bir dəfə axşama yaxın hava dəyişdi: göy guruldadı, ildırım çaxdı, bərk yağış yağmağa başladı. Birdən kimsə sarayın …

Oktyabr, 2018

  • 29 Oktyabr

    “Qəribə bulağ” nağılı

    Biri var idi, biri yox idi, bir qoca ilə bir qarı var idi. Qocanın adı Şirin, qarının adı isə Pəri idi. Şirin һər gün meşəyə oduna gedərdi, Pəri qarı da evdə һəyət-bacaya baxardı. Günləri-güzəranları belə keçərdi. Yaman-yaxşı birtəһər dolanırdılar. Kimsədən minnət götürməzdilər. Ancaq bir şey onları kədərləndirirdi. Bu da övladlarının …

  • 26 Oktyabr

    “Sehirli kol” nağılı

    Biri var idi, biri yox idi, qədim zamanlarda yoxsul bir kəndli var idi. Kəndli ömrü boyu pay torpaqda taxıl əkib-becərərdi. Külfətini bir qarın ac, bir qarın tox dolandırardı. Bir yaz səһəri kəndli adəti üzrə əkin yerinə gəldi. Pay yerini şumladı, toxa ilə torpağını yumşaltdı, irilərini əli ilə ovdu, gətirdiyi bir …

  • 16 Oktyabr

    “Evə ayı gəlib” nağılı

    Rəşadla Lalənin yay günləri çox maraqlı keçirdi. Onlar həm iş görür, həm də hər gün özlərinə maraqlı bir əyləncə tapırdılar. Quşlar üçün yuva düzəldir, evlərinin yaxınlığında yerləşən balaca göldən balıq tutur, meşəyə gəzməyə gedir, vaxtlarını maraqlı keçirirdilər. Bir gün onların qonşuluğuna şəhərdən balaca, koppuş, həm də dilli-dilavər bir qız gəldi. …

  • 16 Oktyabr

    “Dayə Tülkü” nağılı

    Bir gün ayı öz balaları üçün dayə axtarmağa getdi. Meşədə az dolaşdı, çox dolaşdı, canavara rast gəldi. – Babacan, yolun haradır? – deyə canavar soruşdu. – Balalarıma dayə axtarmağa gedirəm, – deyə ayı donquldadı. – Məni dayə götür, – canavar mırıldadı. – Sən oxuya bilirsən? – deyə ayı maraqlandı. – …

  • 10 Oktyabr

    Çəkməli Pişik

    Biri vardı, biri yoxdu, bir dəyirmançı vardı. Bunun üç oğlu vardı. Dəyirmançı öləndə, var-yoxunu – dəyirmanı, eşşəyini, bir də pişiyini oğlanlarına qoyub getdi. Qardaşlar atalarından qalan mirası о saat bölüşdürdülər. Böyük qardaş dəyirmanı götürdü, ortancıl qardaş eşşəyi. Kiçik qardaşa pişik çatdı. Kiçik qardaşın qanı yaman qaraldı. Axı ona düşən miras …

  • 9 Oktyabr

    Bir damla su

    Bapbalaca damla buludların arasından yerə boylandı: – Ay aman, bu nə gözəllikdir?! – Bu gözəlliyi də sənin kimi damlalar yaradıblar! – Bulud gülümsündü. – Siz olmasaydınız, hər yan qupquru quruyar, Yer üzündə bir canlı belə qalmazdı. – Bəs okeanlar, dənizlər, çaylar, göllər? – Onlar da damlalardan ibarətdir, balaca! Bəs eşitməmisən …

  • 8 Oktyabr

    “Vəfalı at” nağılı

    Biri var idi, biri yox idi, keçmiş zamanlarda bir padşah var idi. Bu padşahın üç oğlu var idi. Çarx hərləndi, günlərin birində əcəl padşahı haqladı. О can verən zaman oğlanlarının üçünü də çağırıb dedi: – Oğlanlarım, mənim sizə iki vəsiyyətim var. Bu vəsiyyətlərə əməl etməsəniz, başınız çox bəlalar çəkəcək. Vəsiyyətimin …

  • 8 Oktyabr

    “Balaca tənqidçi” hekayəsi

    Balaca tənqidçi

    Ayan bağda çiçək seçirdi. Dərdiyi tər çiçəklərdən dəstə bağlayırdı. Yumşaq tüklü quş balası gördü. Bəyaz donlu, sarı dimdikli bu gözəl quş balası bom-boz qanadlarını gərərək çəməndə sərbəst cövlan edirdi. O başını oyan bu yana əyib, ürkək-ürkək Ayana baxdı və qanadlarını çırpa-çırpa ,cik-cik edə-edə dənlənirdi. Çəhrayı rəngli yastı ayağının qəhvəyi dırnağı …

  • 8 Oktyabr

    Balaca qaya

    Balaca qaya

    Biri varimış, biri yoximiş. üç qaya varimış. Biri böyük, o biri balaca, üçüncüsü isə lap balaca. Qayalar dostluq edirdi. Gündüzlər günəş şüaları altında qol-qanad açır, gecələr isə soyuqdan büzüşürdülər. Bir gün “böyük qaya”nın sinəsi çatladı. Xırda daşlar ovulub, yerə töküldü. Sən demə bulud göydən hər şeyi görürmüş. O, qayanın çatlamış …

error: Content is protected !!