Kirpi / Musiqi / Quşlar
quşlar

Quşlar

Quşlar, quşlar a quşlar,
Qaranquşlar a quşlar,
Quşlar, quşlar a quşlar,
Qaranquşlar, a quşlar,
Cəh-cəh vurun burada,
Gah yerdə gah yuvada,
Qonun bu tək budağa,
Çox getməyin uzağa.

A quşlarım getməyin,
Məni qəmgin etməyin.
A quşlarım getməyin,
Məni qəmgin etməyin.
Quşlar neyçün gedirsiz,
Yoxsa ki, seyr edirsiz?
Quşlar, quşlar a quşlar,
Qaranquşlar a quşlar.

Var isticə ölkələr
Qışda sizə xoş gələr
Var isticə ölkələr
Qışda sizə xoş gələr
Səbr eylə qoy yaz olsun
Bu qar, yağış az olsun
Sovqat gətirər quşlar
Sizə gözəl mahnılar

Nəqarət
A quşlarım getməyin
Məni qəmgin etməyin
A quşlarım getməyin
Məni qəmgin etməyin
Quşlar neyçün gedirsiz,
Yoxsa ki, seyr edirsiz
Quşlar a quşlar
Qaranquşlar a quşlar

Musiqi: Cavanşirov Əfsər
Sözləri: Abbas Səhhət
İfa edir: “Bənövşə” uşaq xoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

error: Content is protected !!