Kirpi / Musiqi / Günəş olaram mən də
Günəş olaram mən də

Günəş olaram mən də

Musiqi / Music : Hökümə Nəcəfova
Sözləri / Lyrics : Xanımana Əlibəyli

***
Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.

Nəqərat:
Qoy gətirim ləyəni,
Su tök, yuyundur məni.
Ay ana, böyüyəndə
Günəş olaram mən də.

Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Lap istisində yayın
Çimir içində çayın.

Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Odur ki, parpar yanır,
Hər tərəf işıqlanır.

***
Xalidə Bədəlovanın ifasında

error: Content is protected !!