Xəstəlikdən qurtulma

Yaz fəsli idi.

Yusif dostlarını həyətə çağırdı və oynamağa başladılar.

Yusifin başı oyuna qarışmışdı və tərlədiyini hiss etməmişdi.

O, evə gedən də öskürürdü.

Anası onun qızdırmasını ölçdü və gördü ki, qızdırması yüksəkdir.

Yusif özünü pis hiss edirdi. Ona bir neçə gün iynə vurdular.

Bir gün onun yanına pəri gəldi. Yusif təəccübləndi və dedi:

-Sən kimsən?

Pəri dedi:

-Mən Pəriyəm. Bəs sən kimsən?

-Mənim adım Yusifdir.

Pəri dedi:

-Şad oldum.

Yusif dedi ki, mən də şad oldum.

Pəri ona dedi:

-Sən bir neçə günə sağalacaqsan.

Yusif sevindi və pəriyə dedi ki:

-Təşəkkur edirəm.

Pəri dedi:

-Mən sevindim ki, sənə kömək edə bilirəm.

Sən demə pəri düz deyirmiş. Yusif bir neçə günə sağaldı.

Yusif yenə hekayələr yazırdı.

O, çox sevinirdi, çünki onun yazdığı hekayələr jurnala çıxacaqdı və onun dostları da bu hekayələri oxuyacaqdılar.


Müəllif: Yusif Cəbili Zaur oğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir