Tap tapmaca. 1-ci buraxılış

Bulud Bulud içində
Ayda Bulud işində
Göydən yerə od yağdı
Bizdə yandığ içində

Ağzın açar
Zəhər saçar
Hamı görüb
Uzaq qaçar

Altı taxta, üstü taxta
Oturub bir ağ otaqda
Qoyun deyil, ot otlayır
Toyuq deyil, yumurtlayır

İynəsi çox,
Tikən yox,
Əti dərman,
Özü heyvan.

Özü burda
Saqqalı damda

Bayırda dağdı
Pambığdan ağdı
Evə qələr, suya dönər.

Sap sarıca yemişəm,
Balakənnən qəlmişəm.
Baldan şirin dadım var,
Adlı sanlı adım var.

Salxum-salxum sallanar,
Çox qaldıqda ballanar.
Göydə nərdivan olsa,
Çıxar ordan sallanar.

Nədəndi ay nədəndi,
Dərmə, nazik bədəndi.
Plov üstə məskəni,
Görən rəngi nədəndi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir