Tap tapmaca. 4-cü buraxılış

Kirpidən yeni Tapmacalar Sizin üçün!

Tap tamaca-nın 3-cü buraxılışının cavabları
Araba gedir, izi yox
Yanar, yanar gözü yox.
Açması: Günəş

Ata minər, səslənməz
Yerə düşər, paslanmaz
Suya düşər, islanmaz.
Açması: Günəş şüası

Balta vurdum çəkilə
Çəkil yerə tökülə
Quşlardan hansı quşdu
Özü düzə çekilə.
Açması: Duman

Atdım atana
Dəydi kotana,
Suda balığa
Düzdə ceyrana.
Açması: İldırım

Baş üstə durar,
Baxıb göz vurar.
Açması: Ulduzlar

Bit atım var,
Sakit durmaz.
Hey yol gedər,
Heç yorulmaz.
Açması: Çay

Bayırda sağdı,
Pambığdan ağdı.
Evə gələr,
Suya dönər.
Açması: Qar

4-cü buraxılış


Qara saçın altı qara,
Dur üstündə ocaq qala.

Dağdan gəlir dağ kimi,
Qolları budağ kimi.
Oturur həsir kimi,
Duranda yesir kimi.

Qırmızı nar,
Hər evdə var.

Əl ilə tutmag olmaz,
Göz ilə görmək olmaz.

Eşiyə bir ağac düşüb,
Nə qolu var, nə budağı.
Bir quş gəldi onu yedi,
Nə dili var, nə dodağı.

Göydə ğprdüm bir maya,
Atıldı, düşdü caya.

Göydən gəlir sel kimi,
Yerə dəyir tel kimi.
Cavablar növbəti buraxılışda