Özüm kimi körpədir Mənim Məstan pişiyim. Yedirdirəm doyunca Həm çəkirəm keşiyin. Beli ala-buladır, Sinəsi ağ qar kimi. Gəzir həyət-bacanı Mənimlə səyyar kimi. Hər nə desəm, anlayır, Gəl deyəndə tez gəlir. Harda yumşaq yer görsə, Xumarlanır, dincəlir. Çox sevir o özünü – Təmizləyir, yalayır. Ətrafımda fırlanıb Quyruğunu bulayır. Solmaz Şirin
Ətraflı oxu »