Biri var idi, biri yox idi, yer üzündə bir siçan var idi, bir pişik.
Günlərin bir günü həmin bu siçan yuvasından boylanıb pişiyə dedi:
— Gəlsənə qardaş olaq?
Pişik etiraz elədi:
— Yox, səndən mənə qardaş olmaz.
Siçan soruşdu:
— Niyə?
Pişik cavab verdi ki, sən qorxaq, oğru, ziyankarsan.
Siçan peşman-peşman söylədi:
— Doğrudur, bir az qorxaqlığım var, amma nə oğruyam, nə də ziyankar.
Pişik külüb dedi:
— Bəs un, buğda çuvallarını yırtıb daqıdan, sən deyilsən?
Siçan kinayə ilə çavab verdi ki, ay pişik qardaş, bəs sən özün heç nə yemirsən? hava ilə dolanırsan? Pişik acıqla söylədi :
— Əvvəla mən miyoldayıb yemək istəyirəm, ev sahibi də ətdən, çörəkdən verir. Amma sən oğurlayırsan.