Qurd və Keçi

Payızın son ayı idi. Soyuqlar düşmüşdü. Tez-tez gaһ yağış, gaһ da qar yağırdı.
Qurdun neçә gün idi әlinә ov keçmirdi. Bәrk acımışdı. Qurd bir gün yemәyә bir şey tapmaq üçün sәһәrdәn axşama qәdәr ora-buranı sümsündü, şәr çağı gәlib bir kәndin kәnarına çıxdı.

O, itlәrin gözünә görünmәmәk üçün, qısıla-qısıla yeriyib, dörd tәrәfi qaratikan kolu çәpәrlәnmiş bir hәyәtin qabağında dayandı. Qurd ehtiyatla boylanıb içәri baxdı.
Gözlәri hәyәtdә otlayan bir keçiyә sataşdı.
Keçini görcәk qurdun ağzı sulandı vә gülә-gülә yavaşcadan:
—Ay, ay!— dedi.— Nә yemәli keçidir bu!…

Qurd һәm çәpәrin һündür olmasından, һәm dә itlәrin qorxusundan hәyәtә girә bilmәdi. O bir hiylә ilә keçini yanına gәtirmәk istәdi.
“Bәs ona nә kәlәk qurum?” deyә qurd fikirlәşdi… fikirlәşdi, birdәn ağlına nә gәldisә çәpәrdәn hәyәtә boylanıb meһriban bir sәslә dedi:
—Salam, a keçi qardaş! Necәsәn? Necә dolanırsan? Sәni görmәyә gәlmişәm. Zәһmәt çәk keç bu tәrәfә, bir öpüşәk, görüşәk… Hәm dә burda körpә yonca var, yeyәrsәn. Bir dә çobanın dilcavabı sifarişi var. Onu sәnin qulağına deyim.

Keçi qurda baxıb dedi:

—Әleykәssalam, ay qurd lәlә! Niyә, pis dolanmıram. Buyurursan ora keçim?

—Hә, bura, yanıma gәl, һәm bir dәrdlәşәk, һәm dә çobanın dilcavabı sifarişi var, onu sәnin qulağına deyim.

—Yox, mәn keçә bilmәrәm! Çobanın sifarişi varsa, elә ordan da deyg bilәrsәn,—deyә keçi cavab verdi.

Qurd nә qәdәr yalvardısa, keçi dediyindgn dönmәdi.
Qurdun әlacı kәsildi, hәyәt-bacaya göz gәzdirdi, gördüki, keçinin yanında bir çomaq var, qurd üzünü çomağa tutub dedi:

—Çomaq, çomaq, әziz çomaq, qurd lәlәnin sözünә bax, get o keçini vur!
Çobanın dilcavabı sifarişi var, mәn onu xәlvәtcә keçinin qulağına demәliyәm. Keçi qorxub yanıma gәlmir, çoban mәndәn inciyәcәk.

Çomaq uzandığı yerdәn başını qalxızıb әsnәyә-әsnәyә dedi:
—Niyә qoymursan bir az dnncәlәk, ay qurd lәlә?
Gecә sabaһa qәdәr,sәһәrdәn dә axşama qәdәr çobanların әlindә gәzmişәm, gözümü yummamışam, yuxum gözlәrimdәn tökülür, yenicә mürgülәyirdim ki, sәnin sәsinә oyandım.
Burda isti ocağın qırağında uzanıb dincәldiyim yerdә, mәnә nә düşüb ki, günaһsız heyvanı vuram?!
Yox, yox, qurd lәlә, o mәnim işim deyil.

Qurd çomağı barmağı ilә һәdәlәdi vә üzünü oçağa tutub dedi: —Tüstülәnib yanan ocaq, qurd lәlәnin sözünә bax!
Get o çomağı yandır,çomaq keçini vurmur, çobanın dilcavabı sifarişi var, mәn onu xәlvәtcә keçinin qulağına demәliyәm. Keçi qorxub yanıma gәlmir. Çoban mәndәn inciyәcәk.

Ocaq qurdun sözünә ucadan gülüb dedi:
—Ay qurd lәlә, o mәnim işim deyil! Gurһagur yanıb xörәk bişirdiyim Yerdә, mәnә nә düşüb gedәm günaһsız çomağı yandıram. Çomaq bizim çobanlara lazım olur. Yox, yox, qurd lәlә, xәtrinә dәymәsin, mәn yandıra bilmәrәm.
Qurd, ocağı da barmağı ilә һәdәlәdi vә baxdı gördü ki, çәpәrin dibi ilә su axır.

Qurd suyu görcәk yağlı dilini işә salıb dedi:
— Ay gözәl su, әziz bulaq, qurd lәlәnin sözünә bax! Ey dәrdlәrin dәrmanı su, ey yerlәrin sultanı su, get o ocağı keçirt, ocaq çomağı yandırmır, çomaq keçini vurmur, çobanın dilcavabı sifarişi var, mәn onu keçinin qulağına demәliyәm.
Keçi qorxub yanıma gәlmir. Çoban mәndәn inciyәcәk.

Su şişib köpüklәnә-köpüklәnә cavab verdi:
— Yox, yox, qurd lәlә! Mәndәn incimә, o mәnim işim deyil, ocağı bizim suçular qalayıb, üstünә yemәk asıblar, bu saat onlar qayıdıb gәlәcәklәr, üst-başlarını ocaqda qurudacaqlar,bişmişlәrini yeyәcәk- lәr. Heç bu yaxşı düşmәz, ay qurd lәlә! Yaxşı düşmәz ki, bağlara göy zәmilәrә axdığım yerdә, düzyo- lumdan dönәm, burula-burula ge- dәm xeyirli ocağı söndürәm. Suçularımı ac qoyam. Yox, qurd lәlә, xәtrinә dәysә dә, dәymәsә dә mәn söndürә bilmәrәm.

Qurd öz-özünә fikirlәşib dedi:
—Eybi yoxdur, ay keçi, axşam itlәr yatandan sonra sәni yemәsәm anamın südü mәnә һaram olsun! Qurd bunu deyib geri qayıtmaq istәyirdi ki, bağdan bir ovçu çıxdı. Qurd ovçunu görçәk quyruğunu qısıb meşәyә tәrәf qaçdı.
Qoçaq ovçu qurd qaçdığı һalda onu nişan aldı: “part” — ovçunun güllәsi açıldı, qurd yıxılıb öldü.
Ovçu qurdun dәrisini soyub evlәrinә gәtirdi.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.