Qoca ac qurd bir gün yol ilə gedirdi və o, bir ulağa rast gəldi.
Qurd dedi:
– Ulaq, ay ulaq, mən səni yeyəcəyəm.
Mən səni yeyəcəyəm.
– Eybi yoxdur, ye, – deyə ulaq cavab verdi.
– Amma yeməyi əvvəl başdan yox, arxadan başla. Arxadakı ət daha ləzzətli olur.
Qurd ulağın arxasına keçdi. Ulaq ona elə şıllaq atdı ki, qurdun bütün dişləri töküldü.
Qurd yoluna davam etdi və o, keçiyə rast gəldi.
O dedi: – Keçi, ay keçi, mən səni yeyəcəyəm. Mən səni yeyəcəyəm.
– Yaxşı, ye, – deyə keçi razılaşdı, – qoy əvvəl mən gedim, çəpişlərimi yemləyim.
Qurd onu buraxdı, keçi qaçdı və bir daha qayıtmadı.
Qurd yenə də yoluna davam etdi. Onun qarşısına qoyun çıxdı.
Qurd dedi: – Qoyun, ay qoyun, mən səni yeyəcəyəm.
– Yaxşı, – deyə qoyun cavab verdi, – an- caq gözlə, mən gedim quzularımı əmizdirim.
Qoyun getdi, o da geri qayıtmadı.
Qurd yenə irəlilədi və dəvəyə rast gəldi. Qurd dedi: – Dəvə, ay dəvə, mən səni yeyəcəyəm.
– Yaxşı, etirazım yoxdur. Gəl otur üstümdə və məni ye, – deyə dəvə təklif etdi.
«Hə, bunu əldən buraxa bilmərəm» – deyə qurd fikirləşdi və dəvənin üstünə çıxdı.
Dəvə qaçmağa başladı. Qurd qorxdu və istədi ki, dəvəni dişləsin, lakin onun dişi yox idi.
Dəvə bazara gəldi. Adamlar qurdu görüb, onu dəvənin üstündən aşırdılar və döyməyə başladılar.
Qurd güclə adamların əlindən qurtardı. O, hündür körpüyə gəlib çatdı və burada gizləndi.
Lakin onun quyruğu bayırda qaldığından adamlar onu kəsdilər.
Qorxudan qurd körpüdən aşdı və o, çaydakı iri qayalara dəyərək parçalandı.