Yetişdi baһar çağı,
Bәzәdi güllәr bağı
Qaranquş bir budaqda
Oxuyan zaman bağda,
Bayquş dedi: — Qaranquş!
Bu gün qurtarıbdır qış.
Xәbәr tutub baһardan
Gәlib çıxmısan һardan?
Mәn bağdayam һәr sәһәr,
Tutmuram yazdan xәbәr.
Qaranquş dedi: — Bayquş,
Birdir sәnә baһar, qış.
Ulamaqdır sәnәtin,
Yazı duyarsan çәtin.
Vurulmuşam mәn yaza
Xoş nәğmәyә, şәn saza.