Bir qoca və qarı var idi. Onların uşaqları yox idi. Bir dəfə qışda onlar qardan qız düzəltdilər.
Qız çox qəşəng alınmışdı, sankı canlı idi. Qoca ilə qarı bu qızın onların övladı olmasını o qədər arzu etdilər ki… Onlar qıza hətta ad da fikirləşdilər: Qar qız. Adını çağıran kimi qız canlandı.
Qocalar sevindilər və onu evlərinə aparıb qayğısına qalmağa başladılar.
Qar qız işgüzar idi və onlara məhəbbətlə yanaşırdı.
O, ev işlərini görür, naxışlar salır, ip əyirir, yemək bişirirdi. Qar qız həm də utancaq idi,
həyət-bacada çox hərlənməyi xoşlamazdı. Rəfiqələri onu gəzməyə aparmağa güclə razı sala bilirdilər.
Qışın sonunda-rus xalqı Maslenisanı bayram etdiyi vaxtda bütün qızlar al-əlvan paltarlarını geyib
iri tonqallar qalamışdılar. Hamı tonqalın kənarında yallı gedir, nəğmələr oxuyurdular.
Qar qız da tonqalın yanına getməyə razılıq verdi.
O, rəfiqələri ilə odun üzərindən hoppandı və güclü istidən əridi.