Tülkü və göy qurşağı

скачанные файлыBöyük, sirli meşədə bir balaca tülkü  yaşayırdı. Əlbəttə, o, otlu düzənlikdə qaçırdı,  şən mahnılar oxuyurdu, buludları  izləyirdi  və ən çox öz dostları ilə gizlənqaç oynamağı sevirdi.

Günlərin birində balaca tülkünün başına  maraqlı əhvalat gəldi.

Bir dəfə meşədə güclü yağış yağdı.  Göy guruldadı, boz və tutqun havada dayanmadan bütün günü yağış yağdı, soyuq külək əsdi. Tülkü  havanın  açılmasını  gözləyirdi və  bir kol altında gizlənmişdi. Axşam yağış tədricən dayandı və  son damladan sonra  yerə bir qədər nazik qövsə bənzər şüa   düşdü – o yağış damcıları kimi şəffaf idi.  Balaca şüa qövsü meşə yolları boyunca gəzməyə başladı, təpəyə qalxarkən birdən onun qarşısında bir gözəl mənzərə açıldı. Üfüqdə parlaq günəş təzə yaş otun üstündə öz  isti şüaları ilə oynayır,  yanındakı dayaz dənizə isə  su tökürdü. Balaca şüa qövsü də bu al-əlvan təbiət rənglərinə bürünmək istəyirdi, amma bunun üçün nə etməyin lazım olduğunu bilmirdi. Ona görə də çox kədərli idi. Tülkü kədərli qövsü görüb dözə bilmədi və ona doğru baxıb qışqırmağa başladı:

–  Yaxşı olar ki, təbiətə toxunasan, o sənə kömək edəcək!

Balaca şüa qövsü soyuq yanaqlarını   isti günəşin haçalanmış digər şüalarına  doğru uzatdı. Qəfildən onun yanaqlarından biri qırmızı rəngə boyandı. O digər yanağını da günəşə toxundurdu və yanağı narıncı rəngə boyandı. Burnunu isti günəş işığına sürtü,   kiçik bir hissəsi sarıya  çevrildi, qolları ilə ota sığal çəkdi, yaşıl rəngə boyandı. Sol tərəfini səmanın xeyirxah və saf rəngi olan mavi ilə, sağ tərəfi dənizin göy rəngi ilə bəzədi. Ayaqları meşənin gözəl süsən və qaymaqçiçəyi güllərinin rənginə uyğun bənövşəyi rəngə çevrildi. Balaca şüa qövsü çox şən və xoşbəxt idi! Axı o, bir böyük göy qurşağına çevrilmişdi.

O vaxtdan bəri, həmişə yağışdan sonra rəngarəng göy qurşağı Tülkünü  ziyarət edir. O gedəndən sonra isə arxasınca rəngarəng iz qoyur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir