Körpə

Vüqar hələ
Lap körpədir.
Nə bilsin ki,
Qardaş nədir.

İlqar evdə
Darıxır tək,
Deyir: “Qardaş,
Dur, bir gəzək”.
Vüqar durmur.

İlqar hərdən
Evcik qurur…
Deyir: “Qardaş,
Gəl, sən də qur”.
Vüqar gəlmir.

İlqar səhər
Yeyir sıyıq,
Deyir: “Qardaş,
Al bir qaşıq”.
Vüqar yemir.

Vüqar hələ
Lap körpədir,
Nə bilsin ki,
Qardaş nədir.

Müəllif: Fikrət Sadığ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir