İki gombul və dovşan

Gonbul begemot qamışlıqda köhnə avtomobil tapdı.
O, fili çağırdı: ‐ Gonbul, bura gəl. Bax gör nə tapmışam.
Fil dedi: ‐ Nə yaxşı şeydir! Gəl onu çıxardaq. Minib o ki var sürərik.

İki gombul və dovşanBu vaxt haradansa bir dovşan gəlib çıxdı.
‐ Gün aydın dostlar! Nə tapmısınız? Ooo… avtomobil? Nə yaxşı! Di durmayın, çıxardın onu.
Gonbullar güc verib maşını bataqlıqdan otluğa çıxardılar.

İki gombul və dovşanDovşan isə kənarda durub əmrlər verirdi: ‐ Hə, qoçaqlar, bir də. Bir, iki üç, bir də. Bərk yapışın, buraxmayın! Gonbullar maşını yudular, mühərriki yağladılar, təkərlərə hava vurdular.
Dovşan isə otluqda uzanıb məsləhətlər verirdi: ‐ Orası çirkli qaldı, təmizlə!
— Bax belə! Afərin Bir az hava vur, azca boşdur.

İki gombul və dovşanGonbullar yolu hamarladılar. Kənarlara yol nişanları düzdülər.
Dovşan isə elə hey çərənləyirdi: ‐ Hə, maşın sazdır, yolumuz hazırdır, Nişanlar var.
İndi sürmək olar… Gonbullar işlərini qurtarıb avtomobilə minmək istədilər. Amma… nə pis oldu.

Onlardan heç biri avtomobilə sığışmırdı. Axı onlar gonbul idilər. Dovşanın bəxti gətirdi.
O rahatca sükan arxasına keçib qazı basdı. Maşın yerindən götürüldü. Amma dovşan uzağa gedə bilmədi.
Maşın ağaca çırpıldı, əzilib xurd‐xəşil oldu.
Dovşanın da qolu‐qıçı əzildi. Adamın gombullara yazığı gəlir. Əbəs yerə bu qədər çalışdılar.
Maşına da heyfi gəlir. Sınıb dağıldı. Amma dovşana yazığı gəlmir. Görəsən niyə?

 

 

Müəllif: Sergey Mixalkov

Добавить комментарий

Ваш адрес email не будет опубликован.