Güllərim

Bağçada gül əkmişəm,
Zəhmətini çəkmişəm,
Alın təri tökmüşəm,
Açın, açın güllərim!
Ətir saçın güllərim!

Boy atın gündən-günə,
Ucalın göy üzünə.
Sevinc bəxş edin mənə,
Açın, açın güllərim!
Ətir saçın güllərim!

Bir dəstə gül dərib mən,
Anama verdim dünən.
Anam öpdü üzümdən,
Açın, açın güllərim!
Ətir saçın güllərim!

Müəllif: Simax Şeyda

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir