Gecə nağılın uşaqlara xeyiri

ABŞ-ın Harvard universitetinin alimləri iddia edirlər ki, uşaqlara gecə nağılını atalarının oxumaqı daha faydalıdı. Bunu kişilər edəndə, uşaqın təxəyyülü yaxşı inkişaf edir.

Bir il valideynlər uşaqlarına hər gün nağıl  oxuyub və tədqiqatlardan sonra, müəyyən edilib ki, uşağın dil bacarıqları atalarla ilə “yaradıcı müzakirələr” zamanı  daha yaxşı inkişaf  edib nəinki anaların konstruktiv söhbətləri zamanı.

Tədqiqatın müəllifi Elizabet Duursma deyir ki – “Ata uşağın inkişafına da böyük təsir göstərir, xüsusən də əgər onlar iki yaşınnan kiçik uşaqlara oxumağa başlayır.

Uşaq təxəyyülü çalışan zaman, onun nitqi daha yaxşı inkişaf edir, çünki beyni bu məqamda gücləndirilmiş rejimdə işləyir. Castin Koulson, tərbiyə üzrə ekspert əlavə edib: “Biz uşaqlarımız üçün oxuyanda, biz onların lüğət ehtiyatını genişləndiririk. Bu da onlara özlərini təhlükəsiz hiss etməyə kömək edir, öz növbəsində, bu onların öyrənmə bacarığına dərin təsir göstərə bilir”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir